Ordu.az xəbər verir ki, bu barədə ABŞ araşdırmaları erməni mərkəzinin təsisçisi Suren Sarkisyan öz “Facebook” səhifəsində yazıb.
"Bu, elə bir sirkulyardır ki, ABŞ rəhbərliyi bununla USAID-in bəzi proqramlarında ixtisarlar həyata keçirmək istəyir, bu siyahıda Qarabağ da var. Bu ixtisarlar hər hansı qaydada ABŞ-ın müttəfiqlərinə və vacib əhəmiyyətə malik olan dövlətlərə təsir etməyəcək.
Bu cür ölkələrin maliyyələşdirilməsini davam etdirmək üçün onlarla başqa kanallar var. Son qərarı qəbul edən Konqresdir. Görək cəmiyyət və lobbiçilər nə edə biliblər", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az