Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniya dövlət idarəetmə insitutunun Baş erməni eksperti Eduard Abrahamyan deyib.
Onun sözlərinə görə, Nikol Paşinyanın erməni icmasına hansı vacib mesajları çatdıracağı hər kəsə məlumdur.
“ABŞ-ın erməni icmasına siyasi cəhətdən yetkin mesajlar çatdırılması üçün Ermənistan-ABŞ münasibətləri ilə bağlı aydın bir görüşə sahib olmaq lazımdır. Bizim belə bir baxış nəzərimiz yoxdur. Üstəlik erməni siyasi elitası son 25 ildə bu görüşü formalaşdıra bilməyib. Fikrimcə, Ermənistan-ABŞ münasibətlərinin aşağı səviyyədə olmasını nəzərə alsaq, ən azı Ermənistan-ABŞ münasibətlərinin strateji baxışa əsaslanan ümumiləşdirilmiş gündəliyini tərtib etmək əsas məsələdir.
Bizim institusional və dərin problemimiz var. Dəyişən beynəlxalq münasibətlər sistemində Ermənistanın hansı ambisiyaları var… Bizim iki yolumuz var, ya dəyişən dünya quruluşna uyğunlaşmaq, Ermənistanın xarici siyasət maraqlarına uyğun olmağa çalışmaq, yaxud hər hansı bir qüvvənin maraqlarına və planlarına uyğunlaşacağımızı gözləmək. Bizim daha dəyərli bir dövlət ola biləcəyimizi göstərmək üçün bir problemimiz var. Buna görə də müxtəlif təkliflər verməliyik. Biz öz baxışlarımızı və ambisiyalarımızı dəqiq şəkildə ortaya qoymağı bacarmalıyıq”, - deyə Abrahamyan bildirib.
O qeyd edib ki, əməkdaşlığın təklif olunacağını gözləmək yox, təkliflər vermək lazımdır.
“ABŞ-ın Ermənistana qarşı mənfi qərəzi var. Çünki İrəvan ABŞ-ın rəqibləri Rusiya, İran və artıq Suriyanın yanında yer alıb. ABŞ-ın analitik mərkəzlərində edilən proqnozlar və yekun rəylər bundan irəli gəlir. Bu yanaşmanı dəyişmək lazımdır”, - deyə erməni ekspert fikirlərini sona çatdırıb.
Alpər Mövludoğlu
Ordu.az