“Moskvanın erməni generalın təhvil verilməsindən imtina etməsi düzgün addımdır” - Dubov

2019/08/4-1566384693.jpg
Oxunub: 428     16:51     21 Avqust 2019    
“Hesab edirəm, Moskvanın qərarı aydındır, onu hətta “siyasi” adlandırmaq olmaz. Əksinə, əgər Rusiya Ermənistanda uzun müddət və ənənəvi iş görmüş bir şəxsiyyəti ekstradisiya etsəydi, bu qanunsuz olardı. Bəli, əgər ekstradisiya etsəydi, o zaman bu, həqiqətən siyasi qərar olardı”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri rus politoloq Vadim Dubnov deyib.

Onun sözlərinə görə, Rusiya Baş Prokurorluğunun Ermənistan parlamentinin keçmiş deputatı Mihran Poğosyanın Ermənistana təhvil verilməsindən imtina etməsi düzgün addımdır.

“Rusiya Baş Prokurorluğunun qərarı Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevin Ermənistana səfərindən sonra ictimailəşib. Verilən qərarın bu səfərlə əlaqəli ola biləcəyi mümkündür. Bu məsələ Patruşevlə müzakirə olunub, lakin Poğosyanın təhvil verilməsinə ciddi şəkildə ümid olmayıb”, - deyə Dubov bildirib.

Jurnalistin, “İrəvan Moskva tərəfindən atılan bu cür “dostluq” addımına necə cavab verməlidir?” sualına politoloq belə cavab verib: “Hesab edirəm ki, Moskva və İrəvan arasındakı hər şey şəxsi təmaslarla təqribən razılaşdırılıb və Rusiyada sığınacaq əldə edənlər orada qalacaqlar. Bu, o reallığın bir hissəsidir ki, İrəvan bütün bunlar kimi ikimənalı, Moskva ilə əlaqəli olan məsələrlə məşğul olmalıdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dubov   Poğosyan   Rusiya-Ermənistan  

“Moskvanın erməni generalın təhvil verilməsindən imtina etməsi düzgün addımdır” - Dubov

2019/08/4-1566384693.jpg
Oxunub: 429     16:51     21 Avqust 2019    