“Heç bir gizli sənədin varlığı yoxdur” – Qazinyan Paşinyanı ifşa edir

2019/08/Artur-1566384134.jpg
Oxunub: 421     16:18     21 Avqust 2019    
“Cənab Paşinyan, nəhayət, heç olmasa bir dəfə özünüzdə cəsarət tapın və vətəndaşlarımıza etiraf edin ki, yalan danışmısınız, belə bir gizli hesabatın varlığı yoxdur”.

Ordu.az xəbər verir ki, bu sözləri “Vahid Ermənistan” partiyasının lideri Artur Qazinyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Paşinyan həmişə nəsə aşkarladığını elan edərək diqqəti öz üzərinə çəkməyə çalışır.

“Əslində mən haqlı idim, Nikol isə səhv idi. Heç bir gizli sənədin varlığı yoxdur. Hökumət Ermənistanın institusional sisteminin iflic vəziyyətində, uğursuz olması haqqında Nikol Paşinyan tərəfindən gizlədilmiş sənədi təmin etməkdən və dərc etdirməkdən imtina edir. Axı indi həqiqəti necə deməyəsən? Dəmir, lakin reallıqda məxməri məntiqlə sənədin adı və məzmunu Baş nazir tərəfindən dərc edilir, sənəd isə gizli qalır”, - deyə Qazinyan bildirib.

O qeyd edib ki, Paşinyan yalanlarını etiraf etsə bəlkə xalq onu bağışlayıb “lider” kimi görməyə çalışa bilər.

“Cənab Paşinyan, nəhayət, heç olmasa bir dəfə özünüzdə cəsarət tapın və vətəndaşlarımıza etiraf edin ki, yalan danışmısınız, belə bir gizli hesabatın varlığı yoxdur. Əgər iddia etdiyiniz kimi, Ermənistanın institusional sistemi faktiki olaraq uğursuzdursa və iflic vəziyyətindədirsə, o zaman bunun üçün yalnız bir cavabdeh şəxs var və o şəxs sizsiniz”, - deyə erməni partiya lideri sözlərinə yekun vurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Gizli-sənəd  

“Heç bir gizli sənədin varlığı yoxdur” – Qazinyan Paşinyanı ifşa edir

2019/08/Artur-1566384134.jpg
Oxunub: 422     16:18     21 Avqust 2019    