Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni yazıçı, film ssenaristi Vahram Martirosyan deyib.
“Biz yalnız iqtisadi və ya ekoloji amili nəzərə alırıq. Mən istərdim, hökumətimiz bu münasibətlə o qədər peşəkar və etibarlı olsun ki, qərar qəbul etmək məsuliyyətini öz üzərinə götürsün. Hökumət cavabdehdir, bu hökmün sahibi Nikol Paşinyandır. Əgər bu, uğursuz olubsa, o zaman Paşinyan siyasi tərəfdarları ilə birlikdə cavabdehdir. Yox əgər uğurlu olubsa, onda mədən böyük zərərə səbəb olmadan istismar edilib. Beləliklə, bu, dövlətimizin inkişaf mərhələlərindən biri olacaq və biz, həmçinin mədən sənayesində ciddi alternativlərə malik olacağıq”, - deyə Martirosyan bildirib.
O qeyd edib ki, Amuslar məsələsi olduqca vacib məsələdir və presedent ola bilər. Ssenarist onu da vurğulayıb ki, digər mədənlərlə bağlı olaraq eyni şəkildə hərəkatların ortaya çıxması mümkündür.
“Amuslar problemi ilə bağlı cəmiyyətin müxtəlif düşüncələri var. Cəmiyyətin bir hissəsi mədənin istismarına tərəfdardır, digər hissəsi isə, əksinə, tərəfdar olanları xəyanətkar hesab edir. Səslənən fikirlərə toxunmaq istəyirəm: mən özüm əsəbiyəm, lakin “xəyanət”, “xəyanətkarlar” terminlərindən yayınmışam, çünki tarix boyu xəyanətkarlar və qəhrəmanlar yerlərini tez-tez dəyişirlər”, - deyə erməni yazıçı sözlərini bitirib.
Alpər Mövludoğlu
Ordu.az