Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində məqalə dərc olunub.
Məqaləyə görə, Baham adalarında Baş nazir Nikol Paşinyanın qardaşı qızı, Arpinin möhtəşəm doğum günü qeyd edilib.
“Elitar məclisdə yüksək vəzifəli şəxslər, oliqarxlar, kriminal avtoritetlər, narkobaronlar, hətta qadın diş mütəxəssisi iştirak edib. Hamısı Baş nazirin qızına Arpi can, ad günün mübarək deyərək yaltaqlanıblar. Bu münasibətlə, Ermənistandan Baham adalarına qızıla bürünmüş təyyarələrlə 10 çarter reysi həyata keçirilb.
Timsah xaşlaması, köpək balığı dolması təklif edilib. Sonda desert olaraq 60 illik paxlava ilə, 200 illik konyak ikram edilib. Bütün bunlar dövlət büdcəsi hesabına həyata keçirilib. Elitar ad günü ilə bağlı Atlantik Okeanında hərəkət dayandırılıb. Güclü KİV koalisiyası, xüsusi olaraq sizin üçün”, - deyə KİV-in yaydığı məqalədə bildirilir.
Məqalədə qeyd olunur ki, Paşinyanın bir ildən çoxdur ki, dövlət başçısı olmasını bir unudub və özünü bloqer kimi aparır.
“Deyəsən, bu barədə çoxdan unudub və özünü daha çox, bəyənilməsi üçün həmişə cəfəng mesajlar yazan sadə bir bloqer kimi aparır. Baş nazirin bu yazısına görə onun, öz keçmiş fəaliyyətlərinə istehza etdiyini bildirməliyik. Paşinyanın rəhbərliyi altında fəaliyyət göstərən “Haykakan Jamanak” gündəlik qəzeti vəzifəli şəxslərin ildönümlərini və ya digər xoşbəxt hadisələrini işıqlandırmaq üçün illər əvvəl elə məzəli məzmundan istifadə edirdi. Bu cür xəbərlər Paşinyan tərəfindən redaktə olunan qəzetin ön səhifəsində görünürdü və təəssürat yaranırdı ki, bu dövlətin ən aktual məsələsidir.
P.S Baş nazir Paşinyan dünən etdiyi qeydlə özünün keçmiş fəaliyyətinə istehza etdiyini və lağa qoyduğunu başa düşmək üçün, 2000-ci illərin əvvəllərindəki yayımladığı məqalələri oxumaq lazımdır. Həmin məqalədə, Paşinyan həmin dövrün Baş naziri Andranik Makaryanın öz ad gününü necə keçirdiyini qeyd edirdi”, - deyə məqalədə vurğulanır.
Alpər Mövludoğlu
Ordu.az