Ermənistan MTX-nin sabiq direktoru: “Paşinyan hazırda Azərbaycanın ssenarisi üzrə hərəkət edir”

2019/08/16021-1566379496.jpg
Oxunub: 1011     15:24     21 Avqust 2019    
“BBC-nin məlum məqaləni yaymasından sonra mətbuatın yazdığına görə, Paşinyan hakimiyyəti istənilən yolla Oqanovskinin həbs edilməsinə görə sübutlar əldə etməyə çalışıb. Hakimiyyətin belə bir addım atması hansı nəticələrə gətirib çıxarar... Generalların təqib edilməsi konkret məqsəd daşıyır. Cəmiyyət bütün bu baş verənlərə hansı reaksiyanı verəcək?”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni siyasi xadim, Ermənistan Milli Təhklükəsizlik Xidmətinin sabiq direktoru Davit Şahnazaryan deyib.

Onun sözlərinə görə, bu, Ermənistan hakimiyyəti tərəfindən təşkil edilmiş materialdır.

“Bu məsələ bir neçə məqamla əlaqədardır. İlk növbədə “1 Mart” cinayət işi üzrə sözün əsl mənasında yalnız Ermənistanda yox, beynəlxalq aləmin yanında biabır olduqlarına görə çıxış yolu axtarmaqdadırlar. İkincisi, Paşinyan Baş nazir təyin olunduğu ilk gündən Qarabağa və orduya qarşı yönəlmiş siyasət, təbliğat, həyata keçirib. Qarabağda inqilab həyata keçirilməsi, qeyri-sabitliyin yaradılması yolu ilə özünə tabe olan siyasi, hərbi xadim olaraq, Samvel Babayanın əli ilə nəzarət edə biləcəyi siyasi hakimiyyət qurmaqla bağlı konkret layihəsi var. Qarabağda (qondarma qurum-red.) siyasi və hərbi qüvvələrin müqavimətinə rast gəldikdən sonra şəxsən Qarabağa gedərək, çıxış etmək qərarına gəldi”, - deyə Şahnazaryan bildirib.

Onun fikrincə, mübarizə taktikasını dəyişən Paşinyan Qarabağda ciddi çəkiyə malik olan, o cümlədən Samvel Karapetyana qarşı ictimai rəy formalaşdırmaq niyyətindədir: “BBC-nin məlum məqaləni yayımlamasından sonra Paşinyana tabe olan KİV-lər mövzunu gündəmdə saxlayaraq, yaymağa başladılar. Lakin cəmiyyət tərəfindən bu addım sərt müqavimətə rast gəldi və Paşinyan gözlədiyi ictimai rəyi formalaşdırmağı bacarmadı. Buna baxmayaraq, Paşinyan öz layihələrini dayandırmadan davam etdirməklə, sadəcə mübarizə üsullarını dəyişməkdədir. Paşinyanın məqsədi Qarabağın (qondarma qurum-red.) “rəhbəri”nin istefasına nail olmaq və inqilabı ora ixrac etməklə Qarabağda yeni Ermənistana bənzər yeni Qarabağ, yeni dəyərlər sistemi formalaşdırmaqdır. Bir sözlə, Paşinyanın fikri Qarabağa nəzarəti ələ almaqdır. Lakin dəyərlər üzərində qurulan sistemin Ermənistanda alınmadığı kimi, Qarabağa da ixrac etməsi mümkün deyil”.

O qeyd edir ki, dövlət vəzifəsi tutub tutmamasından asılı olmayaraq, Vitali Balasanyan, Arşavir Qaramyan kimi institutlar olaraq, Qarabağda formalaşmış Samvel Karapetyanlar çoxdur.

“Məqalənin BBC-də yayımlanması, Samvel Karapetyanın həbs ediləcəyinə dair yayılan məlumatlar hamısı bu fəaliyyətin tərkib hissəsidir. Qarabağa endirilən zərbəni, orduya vurulan zərbə hesab edirəm. Paşinyan hakimiyyəti xalq-ordu layihəsini inkar edərək, bunun əvəzinə xalq orduya qarşı layihəsini həyata keçirir. Bundan başqa Paşinyanın avqust ayının 5-də Xankəndindəki mitinqdə verdiyi bəyanat biabırçılıqdır. Məsələn, Ermənistanda fəaliyyət göstərən diplomat bu çıxış barədə öz ölkə rəhbərliyinə nə məruzə etməlidir, belə çıxır ki, diplomatlar öz ölkələrinə indiki hakimiyyətin təkrar səhlənkarlığını və şəxsən Paşinyanın ümumiyyətlə reallıqdan uzaq olduğunu məruzə etməlidir. Yalnız Qarabağın Ermənistanın bir hissəsi olması barədə bəyanatı yox, bütün çıxışını təhlil edərək cəfəngiyyat olduğu qeyd edir, bunun əsas səbəblərindən birinin isə hər hansı sahədə heç bir irəliləyişin əldə edilməməsini göstərirəm. Paşinyanın hər bir bəyanatı reallıqdan uzaq xəyallardır. İqtisadiyyat pis vəziyyətdədir, getdikcə də daha da pisləşir.

Ermənistanın xarici siyasəti ümumiyyətlə iflasa uğrayıb. İndiki siyasət, Düşənbədəki lift razılaşması siyasəti çərçivəsində həyata keçirilib. İndi o, bütün bunlardan Qarabağda orduya qarşı istifadə etməyə çalışmaqla, zəhərləmə siyasətini davam etdirir. Paşinyan yenə də ona tabe olan kiminsə adından istifadə etməklə Qarabağın daxili işlərinə müdaxilə etməyə davam edəcək. Bunun nəticələri ilk növbədə onun özü üçün ağır olacaq. Burda daha bir maraqlı məqam olaraq, düz 1 il bundan əvvəl “1 Mart” cinayət işinin tam açıldığını bəyan edən Paşinyanın yalan danışdığı da ortaya çıxıb. İndi yenə böyük qalmaqal yaradaraq hansısa nüfuzlu şəxsi həbs edərək, sakit və səssiz azad edəcəklər. Bütün bunlar eyni məntiqə daxildir”, - deyə erməni siyasi xadim vurğulayıb.

Şahnazaryan qeyd edir ki, keçən ilin aprel ayında baş verənlər Qarabağ əleyhinə aparılan hərəkat olub.

“Paşinyan hazırda Azərbaycanın ssenarisi üzrə hərəkət edir. Öncə təhlükəsizliyi təmin edib, daha sonra Qarabağın (qondarma qurum-red.) beynəlxalq aləmdə tanınması siyasətini aparan hakim dairələr uzaqlaşdırıldıqdan sonra Paşinyan üçün ərazilərin güzəştə gedilməsi daha rahat olacaq. Paşinyanın Xankəndindəki çıxışında bir-birinə ziddiyyət təşkil edən bir çox açıqlamalar var. “Qarabağ Ermənistandır və son”, deməklə bu nə siyasətdir? Serj Sarkisyan dediyi kimi, Qarabağın heç vaxt Ermənistanın tərkib hissəsi olmayacağı barədə bəyanat verməli olduğu halda, Paşinyan danışıqlar aparır, vədlər verir, daha sonra isə tam fərqli siyasət həyata keçirir. Paşinyan beynəlxalq platformalarda münaqişənin həllinin Azərbaycan, Ermənistan və Qarabağ (qondarma qurum-red.) üçün qəbul olunan şəkildə olması barədə verdiyi bəyanatları Qarabağda səsləndirmədi.

Daha sonra Rusiya tərəfindən Mariya Zaxarova vasitəsilə həyəcan təbili xatırladan bəyanat səsləndirilərək qeyd edildi ki, Qarabağın (qondarma qurum-red,) statusu Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə həll edilməlidr. Bu Paşinyanın səsləndirdiyi bəyanata bənzər olsa da, sadəcə Qarabağın adı çəkilməyib. Odla oynayan Paşinyan, bu yolla hakimiyyətin ömrünü daha da qısaldır. İyulun 5-də Konstitusiya günü, 21 sentyabrda Respublika günü hər iki halda Paşinyan ölkədə olmadığı, lakin özünün elan etdiyi Vətəndaş Günü tədbirlərində iştirak etməsi, onu göstərir ki, o, öncəki hakimiyyətlərin dövrlərində olan hər bir şeyi inkar edir. Bu yeni Ermənistan yox, bu Ermənistan dövlətçiliyinə qarşı yönəlmiş yeni əxlaq qaydalarıdır. İndiki hakimiyyətə qarşı alternativ hökumətin qurulmasını zəruri hesab edirəm. Bu hökumətin hər bir fəaliyyəti təhlükəli hal alır. Çünki Baş nazir vəzifəyə uyğun adam deyil”, - deyə erməni sabiq direktor Paşinyanın tezliklə istefa verməli olduğunu bildirib.

O hesab edir ki, bu hakimiyyət ideologiyası və dəyərələrini “bütün həlak olanlar heç nə naminə olublar” deyə verdikləri açıqlama ilə izah edib.

“Ermənistanın necə olacağına dair hakimiyyətin heç bir baxışı yoxdur. Cinsi azlıqların hüquqlarının genişləndirilməsinə çalışan bir hakimiyyət mövcuddur. BBC-nin yaydığı məqalədə qeyd edilir ki, təməlini Oqanovskinin ifadəsinin təşkil etdiyi məlum, Xüsusi İstintaq Komitəsinin materiallarına əsaslanıblar. Lakin hakimiyyət bu barədə indi hay-küy qaldırıb, səbəbi isə məlum deyil. Görüləcək heç bir iş olmadığına, iqtisadi vədlər baş tutmadığına, Ermənistanda daha xalqı toplaya bilmədiyinə və Qarabağda da əhalinin emosional əlaqə saxlamadığını görən Paşinyan, gündəmi qalmaqallı saxlamağa üstünlük verir. Qarabağda (qondarma qurum-red.) da inqilab olmasını istəyən bir neçə nəfər də yoxdur və bu baş tutmayacaq. Paşinyan, Qarabağda (qondarma qurum-redş.) “azad və ədalətli seçkilər”in keçirilməsinin qarantı Ermənistandır deməklə, təhlükəli bəyanat verib və Qarabağın daxili işlərinə müdaxilə etdiyini sübut edib.

Ermənistan cəmiyyəti əsaslı şəkildə dəyişib, bu, Qarabağ üçün anlaşılmadır. Keçən il hərbi hissəni özbaşına tərk edərək, siyasi tədbirlərə qoşulan hərbçilərə qarşı cəza tədbirləri görülmək əvəzinə, onların komandirinə daha yüksək vəzifə verilib, 2016-cı ilin aprel hadisələrində birbaşa məsuliyyət daşıyan kəşfiyyat rəisi general Arşak Karapetyana vəzifə verilib. Paşinyan daim orduya, Qarabağ müharibəsinə və iştirakçılarına kölgə salmağa çalışır. Hazırda parlamentdə tamamilə qanunazidd və tam şəkildə siyasi təqib məqsədi daşıyan, aprel döyüşlərinin istintaqını aparacaq komissiya yaradılıb. Bu addım erməni cəmiyyəti üçün qəbulolunmazdır”, - deyə Ermənistan MTX-nin sabiq direktoru sözlərinə yekun vurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistan MTX-nin sabiq direktoru: “Paşinyan hazırda Azərbaycanın ssenarisi üzrə hərəkət edir”

2019/08/16021-1566379496.jpg
Oxunub: 1012     15:24     21 Avqust 2019    