Erməni hərbi ekspertdən etiraz: “Azərbaycanla müqayisədə, erməni tərəfi çox geri qalıb ”

2019/08/1-1565717015.jpg
Oxunub: 904     17:57     21 Avqust 2019    
“Dövlət Sərhəd Xidmətinə istinad edərək, Azərbaycanın hərbi təbliğatyönlü bir neçə saytları həftə ərzində məlumat yayaraq, qeyd ediblər ki, Azərbaycan Sərhəd Qoşunları Ermənistanın Tavuş vilayəti ilə həmsərhəd bölgəsində mövqelərini irəli çəkiblər. Xüsusilə qeyd edilir ki, Sərhəd Qoşunları Tavuş vilayəti sərhəddində 4 yeni mövqe qurublar. Lakin, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin yaydığı bəyanatı informasiya manipulyasiyası hesab edir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Araçin Lratvakan” agentliyinin xüsusi narahatlıqla yazılmış məqaləsində bildirilir.

Mövzu ilə əlaqədar olaraq, agentliyin əməkdaşı, erməni hərbi ekspert Hraç Petrostyantsla söhbət aparıb.

Əslində sərhəddə hansı tərəfin irəliləməsi və nədən söhbət getməsi ilə bağlı öz mövqeyini açıqlayan Petrosyants deyib edib ki, kimin nə qədər irəliləməsi və nə iş görməsi haqqında ətraflı məlumatı yoxdur: “Yalnız mətbuatda yayılan məlumatlara əsasən, Azərbaycan tərəfinin həmin mövqelərdə irəliləməsi, erməni tərəfinin isə bunu təkzib etməsi haqqında məlumatlarla tanışam. Müdafiə nazirinin müavini Balayan da müəyyən fəaliyyətlər həyata keçirildiyi barədə bəyanat verib. Lakin döyüş mövqelərinin irəli çəkilməsi haqqında həm Azərbaycan, həm erməni tərəfi hər hansı məlumat verirsə, bu həqiqətən də həmin ərazidə müəyyən işlərin aparılmasına dəlalət edir”.

Petrostyants, Ermənistanın müharibə vəziyyətində olmasını və buna görə də KİV-lərin müəyyən senzuraya tabe edilməsini vacib hesab etdiyini hesab edir.

“Döyüş növbətçiliyinin aparılmasından başlayaraq, döyüş mövqelərinə aid məsələlərədək bu sahələrin senzuradan keçirilməsi vacibdir. Müdafiə Nazirliyinin razılığı ilə sadə bir şəkilin döyüş mövqeyində çəkilməsi və sosial şəbəkələrdə yayılması da müəyyən informasiya ötürür.

Bəzi məlumatların gizlədilməsinin heç bir əhəmiyyəti yoxdur və buna misal olaraq, aprel döyüşlərində itkilərin 100-dən artıq olmasına baxmayaraq, rəsmi orqanlar tərəfindən cəmi 18 itki barədə məlumat verilməsi də doğru deyil. Yaxud itirilmiş ərazilərin (azad edilmiş-red.) 700 və ya 800 hektar olması, lakin hərbi ekspertlərin biri tərəfindən 470 hektar sahə olduğunu bildirməsi də hakimiyyətin siyasi zərər görməməsi üçün atılan addımlardır. Müdafiə Nazirliyinin reallığı gizlətməklə belə yanaşmasını səhv hesab edirəm. Açıq-aşkar məlum olan məlumatların gizlədilməsi Müdafiə Nazirliyinin köhnə rəhbərliyi dövründə olduğu kimi qalmaqda davam etdiyini göstərir”, - deyə o Ermənistan Müdafiə Nazirliyinin addımlarını səhv hesab edib.

Erməni KİV-lərində ixtisaslaşmış hərbi jurnalistlərin olmamasınına münasibət bildirən erməni ekspert, bunu Ermənistan Müdafiə Nazirliyinin məsuliyyətsizliyi adlandırır.

“Müharibə edən ölkədə KİV-lərin yalnız hərbi jurnalistə yox, hətta əlahiddə hərbi xəbərlər bölməsinin olmasına böyük ehtiyacı var. Bu sahədə bir neçə dəfə Müdafiə Nazirliyi jurnalistlərlə hərbi toplanışlar keçirib, lakin bu davamlı olmayıb. Bəzən baş verən hadisələri jurnalistlər düzgün hərbi terminlərlə ifadə etmirlər”, - deyə o MN üçün ixtisaslı jurnlistlərin yetişdirilməsinə ehtiyac olduğunu xatırladıb.

Jurnalistin, “Sərhəddə baş verənləri mövqe müharibəsinin xüsusiyyətləri, yoxsa məcburi iş hesab etmək olar?” deyə səsləndirdiyi növbəti suala cavabında hərbi ekspert, baş verənlərin mövqe müharibəsi ilə heç bir əlaqəsi olmadığını ifadə edib: “Bu ümumi müharibə qanunlarıdır. Hərb sənəti tarixi bucağından baxsaq, Ermənistanda baş verənlər artıq 30 ildir ki, səngər müharibəsi vəziyyətini xatırladır. Bu termini istifadə etmək olar, ona görə ki, mövqe müharibəsinin əslində bir balaca başqa məzmunu var. Biz 30 ildir ki, davam edən döyüş növbətçiliyi üzrə səngər müharibəsi vəziyyətindəyik. Sadəcə müəyyən məqamlarda gərginlik artır, diversiya əməliyyatları həyata keçirilir, fəal döyüş əməliyyatları baş verir. Müharibə bitməyib, müharibə fasilələrlə davam edir. Bizim müharibənin öz xüsusiyyətləri var. Biz səngər müharibəsi vəziyyətindəyik, 30 ildir davamlı olaraq erməni əsgəri səngərdə xidmət aparır. Biz səngərdən hələ də çıxa bilməmişik.

Müdafiə naziri Tonoyanın “biz fasiləsiz müdafiə vəziyyətindən xilas olmaqla hərbi əməliyyatları rəqibin ərazisinə daşıya biləcək, bölmələrin sayını artırmalıyıq”, deyə verdiyi bəyanata toxunmaq istəyirəm. Ona məlum olan qədər Ermənistanın müdafiə siyasətində hər hansı əsaslı dəyişikliklər baş verməyib. Heç bir hərbi dokrianada, heç bir müdafiə siyasətində hər hansı hüquqi platformada, heç bir sənəddə, hələ də dəyişiklik aparılmayıb. Bunlar layihə, plan olmaqla qanunlar qəbul edildiyi halda büruzə verəcək layihələrdir. Lakin hazırda Ermənistanın əsas sənədi olan hərbi konsepsiyasında heç bir dəyişiklik aparılmayıb. Əgər hərbi konsepsiyada dəyişiklik edilərək, bundan sonra Ermənistanın problemi yalnız müdafiə və təhlükəsizliyin təmin edilməsi deyil, zərurət olduğu halda hücum əməliyyatlarına keçid olması müddəaları qeyd edilərsə, həmin vaxt bu barədə danışmaq olar”.

“Azərbaycan tərəfi bu şəkildə davam edərsə, onları sürprizlər gözləyir”, deyə açıqlama verən Ermənistan Müdafiə Nazirliyinin rəsmisinin fikirlərini tənqid edən erməni hərbi ekspert söyləyib ki, belə bir bəyanat verilibsə, bu əməliyyatları real görmək zərurəti var.

“Nə vaxt bunu görəriksə, o zaman bu barədə danışmaq olar. Müdafiə Nazirliyinin rəsmisinin bu bəyanatı barədə bundan artıq bir şey deyə bilməyəcəm. Erməni tərəfi çox geri qalıb, sadəcə bəyanatlar verməklə informasiya müharibəsində qalib gəlmək mümkün deyil. Bəyanatlar verilməsinin vaxtı çoxdan başa çatıb”, - deyə o vurğulayıb.

İnformasiya müharibəsində qalib gəlmək üçün real əməliyyatlar keçirilməsinin zərurətinə gəldikdə isə o, məhz real əməliyyatlarla iş görülməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bəyanat vermək yox, göstərmək lazımdır ki, bütün cəmiyyət Azərbaycanın yemlərini udduğumuzu dərk etsin. 2013-cü ildən sonra azərbaycanlılar öz hərbi əməliyyatlarını Pilotsuz Uçuş Aparatları (PUA) ilə çəkməyə başlayaraq sosial şəbəkələrdə nümayiş etdirdikdən sonra, erməni tərəfi də bunu etməyə başladıqda çox böyük səmərə verməyə başladı. Müdafiə Nazirliyi bəyanatlar yox, icra etməli və nümayiş etdirməlidir”, - deyə o, son günlər Ermənistan Müdafiə Nazirliyinin yaydığı dezinformasiyaların işlək olmadığını və bu kimi bəyanatların heç bir məna daşımadığını xatırladıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Erməni hərbi ekspertdən etiraz: “Azərbaycanla müqayisədə, erməni tərəfi çox geri qalıb ”

2019/08/1-1565717015.jpg
Oxunub: 905     17:57     21 Avqust 2019    