“Son 5 ildə yezidilərin vəziyyəti daha da pisləşib” - Bakoyan

2019/08/57657-1566375361.jpg
Oxunub: 610     13:14     21 Avqust 2019    
Bu günlərdə yezidi icmasının kvotası üzrə seçilmiş erməni parlamentinin deputatı Rustam Bakoyan İraq tərəfinin təşəbbüsü ilə İraqda səfərdə olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni deputat Rustam Bakoyan məlumat yayıb.

O, yalnız Xanke deyil, digər düşərgələrdə də olduğunu, yezidilərin vəziyyətinin daha da kəskinləşdiyini bildirib

“Son 5 ildə yezidilərin vəziyyəti daha da pisləşib. Əgər əvvəllər BMT yeni çadırlar verməyə və beynəlxalq təşkilatlar yardım etməyə səy göstərirdisə, son 5 ildə 6 ay üçün nəzərdə tutulan çadırlar verilmir və dəyişdirilmir. Digər sahələr üzrə də heç bir təşəbbüs olmayıb, nə edilibsə, 5 il bundan əvvəl edilənlərdir”, - deyə Bakoyan qeyd edib.

Erməni deputatın əldə etdiyi materialları və sübutları necə istifadə edəcəyinə dair xəbər portalının əməkdaşının verdiyi suala cavab olaraq, o, həmçinin Bağdadda Beynəlxalq yezidi təşkilatın təşəbbüsü ilə keçirilən konfransda iştirak etdiyini vurğulayıb.

“Həmin konfransda İraqın siyasi dairələrinin rəhbərləri, deputatlar, həmçinin müxtəlif ölkələrin səfirləri də iştirak edirdilər. Konfrans zamanı müxtəlif görüş və müzakirələrim olub, özlərinin də yaxşı təsəvvür etdiyi kimi mövcud vəziyyəti təqdim etmişəm. Yezidi təşkilatı öz vəziyyətləri barədə mütəmadi olaraq, məsələ qaldırır, İraqın siyasi qüvvələri və digər ölkələrin səfirləri ilə vaxtaşırı görüşlər keçirir”, - deyə erməni deputat vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yezidilər   İşgəncə  

“Son 5 ildə yezidilərin vəziyyəti daha da pisləşib” - Bakoyan

2019/08/57657-1566375361.jpg
Oxunub: 611     13:14     21 Avqust 2019    