“Bu mərhələdə sırf hibrid müharibə ilə işimiz var” - Tonoyan

2019/08/19035-1566374856.jpg
Oxunub: 7125     12:05     21 Avqust 2019    
“ABŞ-İran münaqişəsinin bu mərhələsində sırf hibrid müharibə ilə işimiz var. İran tərəfi sanksiyalarla işləmək təcrübəsinə malik olmaqla çox cəld bacarıqlı olmağa qadir olur”.

Ordu.az xəbər verir ki, bu sözləri iranşünas Artyom Tonoyan ABŞ-İran münaqişəsinin hazırkı mərhələsi, eləcə də Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyaların nəticələri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Tehran Vaşinqtonla yeni razılaşma imzalamaq istəyir, çünki sanksiyalar İran iqtisadiyyatına böyük zərər vurur.

“ABŞ-İran münaqişəsinin bu mərhələsində sırf hibrid müharibə ilə işimiz var. İran tərəfi sanksiyalarla işləmək təcrübəsinə malik olmaqla çox cəld bacarıqlı olmağa qadir olur. Fikrimcə, bəyənatın bütün mənası ikinci hissədir. Orada İran tərəfi deyib ki, iqtisadi zərər çəkir və buna görə də danışıqlara gedir”,- deyə Tonoyan bildirib.

O qeyd edir ki, əgər İran tərəfi ABŞ-la danışıqlara getsə, onda sırf zaman qazanacaq.

“Vacib dəyişiklik bu vəziyyətdə olmayacaq və hesab etmirəm ki, İran tərəfi ABŞ-ın tələblərindən hər hansı birini qəbul edəcək”,- deyə İranşünas vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-İran   Tonoyan  


Bizi "telegram"da izləyin