Ordu.az xəbər verir ki, bu sözləri “Daşnaksütun” partiyasının üzvü Artur Yeğiazaryan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi açıqlama verib xalqda yaranan təşvişi aradan qaldırmalıdır.
“Əlbəttə, hər birimiz yaxşı xəbərlər eşitmək istəyirik, lakin son zamanlar yayılmış məlumatlar sərhəd qoşunlarımızın fəaliyyətinə ciddi mane ola və təhlükə yarada bilər. Biz - mülki əhali sadəcə müşahidəçilərik və istənilən xəbərə qarşı müsbət və ya mənfi emosionallıq nümayiş etdiririk. Və biz bilmək istəyirik ki, sərhəd məntəqələrində nə baş verir”, - deyə Yeğiazaryan bildirib.
O qeyd edib ki, yüksək vəzifəli, qeyri-hərbi dövlət rəsmilərinin bu barədə status yazması isə daha təhlükəlidir.
Alpər Mövludoğlu
Ordu.az