Erməni polkovnik etiraf etdi: “Çinari və Koti rəqibin ovucundadır”

2019/08/34534-1566373193.jpg
Oxunub: 1038     14:20     21 Avqust 2019    
“Ermənistan Müdafiə Nazirliyi 140 hektar ərazinin əldə olunması, oradakı mövqelərimizin atəş altında olub-olmaması ilə bağlı aydın məlumat verməlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Hayk Nahapetyan “Çinaridə atışma ola bilərmi, yoxsa yox?” sualına cavab verərkən deyib.

O qeyd edib ki, keçmişdə müxtəlif bəhanələrlə xidmətdən yayınmış dövlət rəsmiləri Çinari ilə bağlı fikirlər səsləndirsələr də, bu, onların işi deyil, Müdafiə Nazirliyi açıq mənzərəni təqdim etməlidir.

“Düşmənin bu ərazidə bütün istiqamətlərdə dominantlıq edən mövqeyi var, Odundağ dağı iki vilayətin üzərində yerləşir, bizim mövqelərimiz onun altındadır, mən həmin ordu korpusunda xidmət etmişəm, hər şeyi yaxşı bilirəm. İndi deyirlər ki, artıq Çinari atəşə tutulmayacaq, bu yalnız halda ola bilər ki, daha çox əraziləri götürmüş olaq. Çinari və Koti rəqibin ovucundadır. Uşaq baxçası, məktəb, market və kəndlilərə sual verin, görün nə deyirlər”, - deyə erməni hərbi ekspert vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İşğal   Təxribat  

Erməni polkovnik etiraf etdi: “Çinari və Koti rəqibin ovucundadır”

2019/08/34534-1566373193.jpg
Oxunub: 1039     14:20     21 Avqust 2019    