Ordumuzda olan, 6000 metr məsafədə helikopteri məhv edən “İqla S” ZRK-sı

2019/08/34534-1566375771.jpg
Oxunub: 32246     09:02     20 Avqust 2019    
Dövlət Sərhəd Xidməti Bakıda keçirilən hərbi sərgidə yeni daşınan Zenit Raket Kompleksini təqdim edib.

Ordu.az-ın məlumatına görə, təqdim edilən raket qurğusu “İqla” seriyasının son modelidir.

“İqla-S” daşınan Zenit Raket Kompleksi hədəfalma üçün lazer döyüş başlığından istifadə edir. Kompleksin raketləri 10-3500 metr yüksəklikdə, 500-6000 metr məsafədə hava hədəflərini məhv edə bilir.

Raketin döyüş vəziyyətində kütləsi 18,25 kiloqram, uçuş sürəti isə qarşı kursda 400, təqib kursunda isə 320 m/saniyədir.

Zenit Raket Kompleksi Dövlət Sərhəd Xidmətinin silahlanmasına daxil edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İqla-S   Raket  


Bizi "telegram"da izləyin