Hər kəlməsi Vətənə, torpağa, Böyük Qələbəyə bağlı olan Maarif

2019/08/e3d1a-1566212091.jpg
Oxunub: 416     15:50     19 Avqust 2019    
Aprel zəfəri unudulmayacaq. O döyüşlərin iştirakçılarının fakta söykənən təəssüratları mahiyyəti etibarilə vətənpərvərlik dərsliyinin tərkib hissəsidi. O dərsliyi böyük sevgilərlə, qürurla "Vətən sevgisi" adlandıra bilərik.

Dərsin marağı məzmundadı; məzmunlu söhbətlərin mahiyyəti Vətəndirsə, torpaqlarımızın işğaldan azad edilməsi istəyidirsə, aprel döyüşlərinin şəhidlərinə (ümumən şəhidlərimizə) ehtiramdırsa, ordumuza - səngərləri sərhədlərə köçürəcək əsgərlərimizə güvəncdirsə, həvəslə dinlənilir. Aprel döyüşləri zamanı orta məktəbdə oxuyanlar, tələbələr bu söhbətləri daha dəruni maraqla dinləyirlər - əsgərdirlər, hərbi xidmətdədirlər, başlanğıcı aprel zəfəri olacaq Böyük Qələbənin əsgəri olmaq istəyi ilə xidmət edirlər.

2016-cı ilin aprel döyüşlərində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Maarif Quliyev də iştirak edib. Sol ayağından və sol qolundan qəlpə yaraları alıb. Bu hərbi hissədə xidmətə gələnlər onun söhbətlərini o qədər maraqla dinləyirlər ki! - döyüşlərdən danışır Maarif, döyüşənlərdən, qəhrəmanlardan, şəhidlərdən danışır. Ermənilərin irimiqyaslı təxribat törətmək istədiyindən danışır, əks-hücumdan, ermənilərin Lələtəpənin sol qanadındakı qəbiristanlıqda qəbirlərdən müdafiə məqsədilə istifadə etdiyindən, əsgərlərimizin qətiyyəti qarşısında duruş gətirə bilməməsindən - qaçmasından, əsgərlərimizin rəşadətindən danışır. Hər kəlməsi Vətənə, torpağa, Böyük Qələbəyə bağlı olan belə söhbətlər əsgərlərin mənəvi-psixoloji hazırlığında olduqca gərəklidir. Belə söhbətlərdə gənc əsgərlərin gözlənilən gözlənilməz sorğusu da olur: "Qələbədən sonra nələr arzulayırdın?". "Tez sağalmaq, sıraya tez qayıtmaq" deyən Maarif müalicə olunub, xidmətini davam etdirir. Hərbi vəzifələrini də yerinə yetirir, mənəvi borcunu da - gənc əsgərlər də aprel döyüşlərinin iştirakçıları kimi qətiyyətli, hünərvər, dönməz olsunlar.

Hərbi hissədə asudə vaxtlarda gənc əsgərlər belə söhbətləri dinləməyin təşnəsidi. Dinləyirlər, söhbət-söhbət Raquflaşırlar, Samidləşirlər...

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vətənpərvərlik   Aprel-döyüşləri  

Hər kəlməsi Vətənə, torpağa, Böyük Qələbəyə bağlı olan Maarif

2019/08/e3d1a-1566212091.jpg
Oxunub: 417     15:50     19 Avqust 2019    