Paşinyan öz işinin girovuna çevrilib

2019/08/Untit-1566204736.jpg
Oxunub: 644     13:56     20 Avqust 2019    
“Qəribə görünə bilər, lakin əsl qarşıdurma Amulsar mədənində yox, idarəedici qüvvənin bacarıqsızlığı və bixəbər olmasındadır. Bax, bu ən təhlükəli məqamdır, çünki Amulsar kimi problemlər, çağırışlar həmişə olacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Nəşrə görə, Nikol Paşinyan müəyyən mərhələdə ətrafındakı bütün ideoloji cərəyanları birləşdirə, onlardan istifadə edə və sonra lazım olduqda onları ayrı-ayırılıqda kənara ata biləcəyinə əmin idi.

“Bütün bunlarla yanaşı, idarəetmə komandası qarşısına hər zaman təmiz qalmaq, hər hansı bir ideloji konsepsiyadan imtina etmək və hər kəsin xoşuna gələn, razı salan misilsiz siyasət yürütmək kimi bir vəzifə qoyub. Əlbəttə, bu ağıllı bir oyundur, lakin burda bir problem var. Vaxt keçdikcə bu oyunlar elə bir vəziyyət yaradır ki, oyunçu artıq gedişatı idarə edə bilmir və oyun, bu oyunu oynayanın düşüncə və davranışını idarə etməyə başlayır. Populizm təsirli və bəzi hallarda zəruri bir vasitədir. Bunun təsiri olmadan siyasi mübarizə perspektivsizlik və uğursuzluqdur. Lakin bununla çox oynanılmağa başladıqda idarə edilməz və nəzarətsiz olmağa başlayır. Hesab edirəm ki, eyni düşüncə təkamülü Paşinyanla da baş verib.

Paşinyan populizm hesabına qələbə qazandı, lakin zaman keçdikcə bu təsirli alətə nəzarəti itirdi və onun girovu oldu. İndi Paşinyan artıq bu aləti idarə edə bilmir, əksinə vasitə onun emosiyaları və düşüncələrini idarə edir. Buna sübut Amulsar mədəni ətrafında baş verən vəziyyətdir. Daha doğrusu vəziyyət Paşinyan populizminə məntiqi cavabdır. Siyasi qüvvənin mədən haqqında dəqiq bir konsepsiyası yoxdursa və problemin tənzimlənməsi təsadüfi vəziyyətlə şərtlənirsə, o halda problemin həllinə dair daha konstruktiv cavab gözləmək olmaz. Siyasi qüvvə həm ekoloq, həm də mədənçilərlə oynamağa çalışırsa, sonda oyunçu özü həm ekoloq, həm də mədənçilər üçün oyun mövzusuna çevrilir. Qəribə görünə bilər, lakin əsl qarşıdurma Amulsar mədənində yox, idarəedici qüvvənin bacarıqsızlığı və bixəbər olmasındadır. Bax, bu ən təhlükəli məqamdır, çünki Amulsar kimi problemlər, çağırışlar həmişə olacaq. Üstəlik, problemlər, çağırışlar hər cəmiyyət və sistemin ayrılmaz tərkib hissəsidir. Söhbət ictimaiyyətin və hakim qüvvələrin bu çağırışlara necə cavab verməsi ilə bağlıdır. Bacarırlar, yoxsa bacarmırlar, hazırdırlar ya yox?”, - deyə “1in.am” nəşri bildirib.

Erməni nəşri qeyd edir ki, deyilənlərin konteksində Paşinyan komandası ilə birlikdə iki daş arasında qalıb.

“Bir tərəfdən Ekoloq və Cermuk sakinləri, digər tərəfdən mədənçilər onu sıxışdırır. Bu çətin bir dalandır və həmin bu dalana dirənən yolun Baş memarı məhz Paşinyanın özüdür. İstənilən tərəfə atılan addım xəyanət kimi qəbul ediləcək, çünki bütün tərəfləri vaxtı ilə onlardan biri olduğuna inandırıb. Əgər Baş nazir mədənin açılmasını müdafiə edərsə, solçuların, ekoloqların və insanların böyük bir hissəsinin ideoloji düşməninə çevriləcək. Eyni zamanda əks istiqamətə addım atarsa, böyük kapital və ideoloqları ilə bağlı problemlər yaşayacaq. Əlbəttə ki, həll olunmayan kimi görünən bu problem həll edilə bilər, üstəlik dalana dirənmiş yolu yan keçməyə real fürsət var.

Lakin bu fürsət olduqca ağrılı və təhlükəlidir. Paşinyan sadəcə öz ideoloji mənsubiyyətini və siyasi proseslərin fəlsəfəsini aydınlaşdıraraq, seçim etməlidir. Mədən və ətraf mühit sahəsi iqtisadiyyat və idarəetmə, sosial ədalət və bərabərlik anlayışlarını seçməli və seçməklə öz konsepisyasını dəqiqləşdirməlidir. Bundan əlavə Baş nazir onu da başa düşməlidir ki, ətrafındakı bütün ideoloji cərəyanları birləşdirmək, onlarla ayrı-ayırılıqda oynamaq və eyni zamanda ideologiyasız və prinsipiallıqsız qalma yanaşması Amulsar mədənindən daha təhküləli və həll olunmayan çağırışlara və problemlərə yol açacaq. Hər kəsin xoşuna gələ bilmə və razı salmaq mümkün ola bilməz. İctimai həmrəyliyin mahiyyəti, bu sadə yanaşmadan daha yüksəkdir”, - deyə erməni nəşri vurğulayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Böhran   Amulsar  

Paşinyan öz işinin girovuna çevrilib

2019/08/Untit-1566204736.jpg
Oxunub: 645     13:56     20 Avqust 2019    