“Yaxşı, Nikol, səni görüm: Ermənistanı səndən azad etmək üçün bizə kömək et, Serj hazırdır” - Aşotyan

2019/08/Armen-1566203855.jpg
Oxunub: 490     12:57     19 Avqust 2019    
“Serj Sarkisyanın yaxın vaxtlarda tutulması haqqında Mikayel Minasyanın müsahibəsi siyasi və informasiya partlayışına təsir etdi”.

Ordu.az xəbər verir ki, bu sözləri Ermənistan “Respublikaçılar” partiyasının sədr müavini Armen Aşotyan “Facebook” səhifəsində yazıb.

“Bu, çoxdan bəlli idi. Üçüncü prezidentin həbs olunması hazırkı Baş nazir qrupunun sonuncu jokeridir. Şəxsi laqeydlik, siyasi gücsüzlük, ölkənin gündən-günə ağırlaşan problemlərində uyğunsuzluq və acizliyi ört-basdır etmək üçün skandallı şouların səhnələşdirilməsi məsələlərində ixtisaslaşmış Nikol Paşinyan yaxın günlərdə özünün sonuncu silahına - Serjin həbs olunmasına müraciət edib. İllərlə davam edən yalan, fırıldaqçılıq, nifrət kampaniyası və “günahkar sağ Serjdir” primitiv konseptinin xaç atası əsərləri cəmi bir il yarım müddətdə o qədər pisləşib ki, o, şəxsi siyasi həyatı bir neçə ay uzatmaq üçün bu sonuncu mümkün addıma müraciət edəcək”, - deyə Aşotyan bildirib.

O qeyd edib ki, Paşinyanın qorxulu yuxuları artıq başlayıb və bu onun sonunu gətirəcək.

“Serj oturmağa hazırdır. Serj xalqın xətrinə oturacaq ki, 15 ay əvvəl onun istefasına sevinən minlərlə insan nəhayət hipnozdan çıxmaq üçün tarixi şans qazansınlar. Yaxşı, onu da oturtdurdunuz, sonra nə edəcəksiniz? İnsanlara necə izah edəcəksiniz ki, həbsxanada oturan Serj vəziyyətində nə üçün onların həyatı yaxşılaşmır, maaşlar artmır, Qarabağ məsələsi maksimal ermənipərəst həll tapmır, ölkə ətrafında geosiyasi dairə sıxılır. Və vaxtında səhv etmiş, problemlərdən yorulmuş insanlar görəcəklər ki, reallıqda sağ Serj günahkar deyil. Və həqiqi günahkarı çox tez tapacaqlar. Serjin həbs olunması insanların gözlərini açacaq və bu, Nikolun sonunun başlanğıcı olacaq. Onun oturmaq üçün problemi yoxdur. O, həmişə xalq marağını tələb etdiyi yerdə olub. Yaxşı, Nikol, səni görüm. Ermənistanı səndən azad etmək üçün bizə kömək et. Serj hazırdır”, - deyə erməni sədr müavini vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

“Yaxşı, Nikol, səni görüm: Ermənistanı səndən azad etmək üçün bizə kömək et, Serj hazırdır” - Aşotyan

2019/08/Armen-1566203855.jpg
Oxunub: 491     12:57     19 Avqust 2019    