Ermənistan-ABŞ münasibətlərinin yeni platforması: İrəvan çaşqınlıq içindədir

2019/08/46305-1566200561.jpg
Oxunub: 565     13:42     19 Avqust 2019    
Yayılan məlumatlara əsasən, ABŞ administrasiyası Qarabağda qanunsuz minadan təmizləmə layihəsinin maliyyələşdirilməsini dayandırmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində məqalə dərc olunub.

Məqaləyə görə, bir sıra konqresmenlər və senatorlar ABŞ-ın beynəlxalq inkişaf agentliyinə çağırış edərək, layihənin qorunub saxlanmasını təmin etməyi xahiş edib.

“ABŞ-ın Ermənistan milli komitəsinin icraçı direktoru Aram Hambaryan bildirib ki, prezident Tramp Azərbaycan prezidenti İlham Əliyevin tələbləri qarşısında güzəştə gedərək səhv iş görür. Ekspertlərin fikrincə, ABŞ minadan təmizləmə layihəsinin maliyyələşdirilməsini dayandıracaq. Bəziləri bunu Ermənistanın Suriyaya missiya göndərməsi ilə, bəziləri isə ABŞ-ın Ermənistana qarşı marağını itirməsi və vəsaitlərin İsrail lobbisinin yardımı olmadan İranla Azərbaycanın sərhədinin möhkəmləndirilməsinə yönəltməyə üstünlük verməsi ilə əlaqələndirir. 2018-ci ilin oktyabr ayında USAID agentliyi Qarabağa minalardan təmizləmə əməliyyatına 2,8 milyon dollar vəsait ayırıb. Bu vəsait layihənin 2019-cu il sentyabr ayınadək uzadılmasına imkan verib. Bu barədə 2018-ci ilin iyun ayında USAID-in nümayəndəsi Mark Qrin məlumat verib. 2019-cu ilin iyun ayında isə 2020-ci maliyyə ilində 1,5 milyon dollar ayrılmasına razılıq əldə edilsə də, ehtimal olunur ki, bu həyata keçirilməyəcək”, - deyə məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, ABŞ-ın erməni təşkilatları ABŞ-ın yardımlarının bərpa edilməsinə çalışsa da, artıq lobbinin də ənənəvi siyasəti tükənib.

“ABŞ Ermənistana və Qarabağa (qondarma qurum-red.) yardımını azaldır. Ötən gün ABŞ-ın erməni milli komitəsi ABŞ hökumətinə müraciət edərək, “minilliyin çağırışları” korporasiyasının layihəsi üzrə Ermənistana 140 milyon dollar qrant ayrılmasını xahiş edib. Komitə ABŞ-ın dövlət katibi Mayk Pompeodan xahiş edib ki, Ermənistanda “yüksək orta” gəlirli adambaşına ÜDM-nin 3895 dollar düşdüyü göstərilən beynəlxalq bankın maliyyə hesabatına yenidən baxılsın. ABŞ dollarlarının əldə edilməsi real siyasi lobbiyə kölgə salır. Qarabağ və ya Ermənistan üçün maddi vəsait siyasi gündəmi əvəz edə bilməz. Nəhayət Qarabağ üçün minadan təmizlənmə əməliyyatlarının maliyyələşdirilməsini erməni xəzinədarlığından da tapmaq olar.

Bu Ermənistan və erməni təşkilatlarının siyasətində dəyişiklik və daha ciddi sivilizasiya istiqamətlərinin göstəricisi ola bilər. Beynəlxalq hökmranlıq edən ölkə ilə münasibətləri adi pul qopartma siyasətinə görə yox etmək olmaz. Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 22-də ABŞ ermənilərini Los Ancelesdə görüşə dəvət edib. Həmin günlərdə Nyu-Yorkda BMT-nin Baş assambleyasının iclası keçiriləcək və burada Paşinyanın iştirak edəcəyi istisna olunmur. Donald Trampla görüşün baş tutması isə hələlik məlum deyil. Son zamanlarda Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bildirib ki, həmin məsələ müzakirə olunmaqdadır. Ermənistan-ABŞ münasibətləri konsepsiyasının dəqiqləşdirilməyə ehtiyacı var. Aydındır ki, iki ölkə arasındakı münasibətlər ümumi sivilizasiya maraqları və Trampın elan etdiyini “reallıqları tanımaq” prinsipi üzərində qurulmalıdır”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ABŞ   Böhran  

Ermənistan-ABŞ münasibətlərinin yeni platforması: İrəvan çaşqınlıq içindədir

2019/08/46305-1566200561.jpg
Oxunub: 566     13:42     19 Avqust 2019    