Moskva oyun kartlarını açır - Paşinyan hakimiyyətinə tərs sillə

2019/08/21611-1566200080.jpg
Oxunub: 600     12:33     19 Avqust 2019    
Ötən gün məlum oldu ki, Rusiya Federasiyası Baş Prokurorluğundan daxil olmuş məlumata əsasən, erməni general Mihran Poğosyanın cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə Ermənistana təhvil verilməsi haqqında Ermənistan Baş Prokurorluğunun vəsadətinin təmin edilməsinin qeyri-mümkün olduğu bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Politik.am” nəşri yazıb.

Nəşrə görə, əslində Rusiya Federasiyası Poğosyana siyasi sığınacaq verib. Bu Ermənistan hakimiyyəti tərəfindən siyasi əlamət olmadığına görə, Rusiya Federasiyasının siyasi sığınacaq verməyəcəyi barədə bəyanatları fonunda baş verib.

“Ermənistan parlamentinin sədr müavini Alen Simonyan aylar öncə jurnalistlərlə söhbəti zamanı ifadə edib ki, “Rusiya ilə müqayisədə Panamanın bu siyasi sığınacağı daha tez təqdim edəcəyini düşünürəm”. Rusiya tərəfindən necə reaksiya veriləcəyinə dair verilən suala, cavabında Simonyan hesab edib ki, bunu deyə bilməz: “Gözləmək lazımdır. Əminəm ki, təhvil verməlidirlər. Ona görə ki, Ermənistanda heç kimə qarşı siyasi təqib yoxdur””, - deyə nəşr Simonyanın sözlərindən sitat gətirir.

Nəşr qeyd edir ki, Rusiya Federasiyasının hüquq mühafizə orqanlarının qərarı Ermənistanın yeni hakimiyyəti üçün sillədir.

“Ruslar bu qərarla Ermənistanda siyasi təqib olduğunu deyir. Bu, həmçinin erməni-rus münasibətlərinin indiki səviyyəsindən xəbər verir. Hökumət rəsmilərinin iddialarına baxmayaraq, bu münasibətlər artıq müttəfiqlik xarakteri daşımır və Rusiya tərəfi bütün bunları gizlətmir. İndi Ermənistan hakimiyyətində bu məsələdən nəticə çıxarmaq və bundan sonra reallığa əsaslanaraq xarici siyasət planlarını tərtib etmək qalır. Onların öz təbliğatının təsiri altında qalmamaları və Ermənistan-Rusiya münasibətlərinin parlaq olduğuna dair əmin olmamaları vacibdir”, - deyə erməni nəşri vurğulayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   General   Siyasi-təqib  

Moskva oyun kartlarını açır - Paşinyan hakimiyyətinə tərs sillə

2019/08/21611-1566200080.jpg
Oxunub: 601     12:33     19 Avqust 2019    