Ermənistan ordusunda sirli qətl: Müstəntiqlər saxta intihar görüntüsü yaratmağa çalışır

2019/08/top-1566031896.jpg
Oxunub: 816     13:13     20 Avqust 2019    
“Əgər mərmidə hər hansı iz aşkarlanmayıbsa, bu o deməkdir ki, mərmi və atəş edilən silah cinayətkarcasına müstəntiqlər tərəfindən dəyişdirilib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunun intihar etdiyi iddia edilən hərbi qulluqçusu, kapitan Andranik Mkrtçyanın ölümü ilə bağlı ətraflı ekspertiza aparılıb.

Məhkəmə tibbi ekspertizasının rəyinə görə, güllə üzərində kapitanın intihar etdiyi və başından dəlib keçən mərmidə nə beyin mayesi, nə də qan izləri aşkarlanmayıb. Həmçinin qan, saç, yaxud dəri sıyrıqlarına aid heç bir maddə aşkarlanmayıb. Bu, ən azı o deməkdir ki, ibtidai istintaq orqanı maddi sübutları saxtalaşdırıb və kapitan Andranik Mkrtçyanın qətlində ayrı mərmi, ayrı silah istifadə edilib, o cümlədən hadisə tamamilə ayrı yerdə baş verib.

Məlum olduğu kimi, Meğridəki “N” saylı hərbi hissədə bölük komandiri olan Mkrtçyan 2017-ci ilin avqust ayının 20-də ölüb. Müstəntiqlər hadisə günü Mkrtçyanın sevdiyi qızla vidalaşaraq, özünə aid olan avtomobillə Aqarak şəhərinə gəldiyini, qaldığı yataqxanayada yemək yedikdən sonra hərbi hissəyə qayıtdığını və bundan sonra silah otağından avtomatını götürüb, hərbi hissədəki xidməti otağında özünü güllələməklə intihar etdiyinin sübuta yetirildiyini hesab edirlər. Müstəntiqlər tərəfindən erməni kapitan Mkrtçyanın intihar etməsinə hər hansı səbəb göstərilmir.

Zərərçəkənin varisinin nümayəndəsi vəkil Hayarpi Sarkisyan ilk gündən istintaqın düzgün aparılmadığını və qətlin intihar kimi qələmə verildiyinin doğru olmadığını bildirib. Cinayət işində mövcud materiallara əsasən, xüsusilə də erməni kapitan Mkrtçyanın cəsədinin məhkəmə tibbi ekspertizasının rəyinə görə, atəş çənəsinin alt nahiyəsindən açılıb və mərmi başının mühüm orqanlarından keçməklə boynunun arxa hissəsindən çıxıb. Sarkisyan hələ keçən ilin fevral ayında mərminin məhkəmə kimya bioloji ekspertizasına göndərilməsinə dair vəsadət qaldırıb.
Ekspertiza mərminin üzərində beyin mayesi və qan izlərinin olub-olmadığını müəyyən etməli idi. İbtidai istintaq orqanı isə vəkilin bu vəsadətini illərdir uzadaraq, onun yorularaq bir daha müraciət etməyəcəyini ehtimal edirdilər. Lakin vəkil dəfələrlə öz vəsadətini təkrarlayırdı. Nəhayət ekspertin rəyi məlum olub.

Ekspertizanın təqdim etdiyi rəydə mərmidən götürülən nümunədə heç bir beyin mayesi və ya qan izi hüceyrələri aşkarlanmayıb.

21 illik təcrübəyə malik hərbi ekspert Ruben Martirosyan ifadə edir ki, əgər mərmi insanın başını dəlib keçibsə, qan və beyin mayesi izlərinin mərmidə izinin qalması mütləqdir.

“Əgər mərmidə hər hansı iz aşkarlanmayıbsa, bu o deməkdir ki, mərmi və atəş edilən silah cinayətkarcasına müstəntiqlər tərəfindən dəyişdirilib. Cinayətin gizlədilməsi üçün əsl mərmi və giliz müstəntiqlər tərəfindən gizlədilərək, Mkrtçyanın silahından saxta atəş açılıb və həmin mərmi ekspertizaya təqdim edilib. Törədilən cinayətlə tanış olduğum ilk gündən hadisənin intihar deyil, qətl olduğunu demişəm. Cinayət işinin icraatına nəzarət edən prokurorluğu tənqid edərək hadisənin intihar deyil, qətl olduğuna dair təkzibolunmaz ekspertiza rəyinə malik olduqlarını bildirərək, baş verənləri sistematik cinayətkarlıq adlandırıram”, - deyə Martirosyan vurğulayıb.

Maddi sübut kimi təqdim edilən mərminin faktiki olaraq saxta olduğunu bildikdən sonra hansı tədbirlərə əl atılacağına dair erməni vəkil Sarkisyan deyib: “Biz bu faktlar ətrafında törədilən cinayət barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə məlumat verəcəyik. Hesab edirik ki, MTX orduda baş verən qətl hadisələri ilə ciddi məşğul olmalıdır və bu hadisələrin intihar kimi qələmə verilməsinin qarşısını almalıdır”.

Sarkisyan xatırladır ki, erməni kapitan Mkrtçyanın qətlindən 2 ay əvvəl, onun hərbi polis əməkdaşları ilə problemi olub.

“Mkrtçyanın mənzilindən mərmilər aşkarlanıb. O, ölümündən sonra qanunsuz yolla mərmi əldə etmək və saxlamaqda ittiham edib. Daha sonra isə kapitanın qanunsuz yolla mərmi əldə etmə və saxlama hadisəsi ilə heç bir əlaqəsinin olmadığı sübut olunaraq, ittihama xitam verilib. Lakin bu mərmilərin kapitanın mənzilində necə peyda olması və qətl hadisəsi, polislərlə olan mübahisənin əlaqəsi istiqamətində heç bir araşdırılma aparılmayıb. Qeyd etmək lazımdır ki, ibtidai istintaq orqanı olan istintaq komitəsi cinayət işini yalnız intihar versiyası üzrə araşdırıb. Lakin zərərçəkən tərəfin dəfələrlə istintaqın qətl törətmə versiyasını araşdırmasına dair müraciət etməsinə əhəmiyyət verilməyib”, - deyə erməni vəkil iradlarını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Qətl   Cinayət  

Ermənistan ordusunda sirli qətl: Müstəntiqlər saxta intihar görüntüsü yaratmağa çalışır

2019/08/top-1566031896.jpg
Oxunub: 817     13:13     20 Avqust 2019    