Ermənistan ordusunun hərbi qulluqçusu yaralanıb

2019/01/c27a3-1547444212.jpg
Oxunub: 14441     17:28     16 Avqust 2019    
Dünən, Ermənistanın Sünik vilayətində hərbi qulluqçu qəza törədib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 09։40 radələrində Xndzoresk kəndinin sakini, 19 yaşlı Muşeğ Harutyunyan idarə etdiyi "Toyota Camry" markalı 55 XX 553 nömrəli avtomobillə Gümrü-Xankəndi magistralının 11-ci km sektorunda yolun hərəkət hissəsindən çıxaraq, yolun sol hissəsindəki elektrik dirəyi ilə toqquşub.

Toqquşma nəticəsində avtomobil aşıb, sürücü M.Harutyunyan isə müxtəlif bədən xəsarətləri ilə Gorus tibb mərkəzinə köçürülüb.

Məlumata görə, sürücü Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində, müqaviləli hərbi qulluqçu kimi qulluq edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yaralı  


Bizi "telegram"da izləyin