Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - VİDEO (FOTOLAR)
Oxunub: 32134
16:28
16 Avqust 2019
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, birləşmə və hissələrin ştat şəxsi heyəti S-125 zenit-raket komplekslərindən şərti düşmən hədəflərini aşkarlayaraq praktiki şəkildə məhv etmə tapşırığını müvəffəqiyyətlə icra edib.
Keçirilən təlimlərin məqsədi şəxsi heyətin praktiki vərdişlərini təkmilləşdirmək və döyüş qabiliyyətinin yüksəldilməsinə nail olmaqdır.