Ordu.az xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zohrabyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, ömürlük həbs olunan şəxslərin problemi həll edilməlidir.
“Az öncə “Armavir” cəzaçəkmə müəssisəsində idim. Hər zamankı kimi, məhbuslarla görüşdüm və uzun söhbətimiz baş tutdu. Hər zamankı kimi, şərti azadlıq komissiyası və yeni tətbiq olunan albalı sistemindən şikayətlər var. Bunları hələ yeni nazirlə müzakirə edəcəyik. Artıq əbədi hala çevrilmiş bir problemə yenidən toxunmalıyam: orduda baş vermiş cinayət hadisələrinə görə bəzi məhkumlar artıq 20 ildir ki, öz cəzalarını çəkirlər. Bu işlərdən bəziləri yenidən nəzərdən keçirilməlidir və anlamaq lazımdır ki, əsgəri atəş açmaq üçün həvəsləndirmək nədir. Bəlkə daimi alçaqlıqlar?”, - deyə Zohrabyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az