Köçəryan işğal olunmuş əraziləri təhvil verdi – Qalmaqallı bəyanat

2019/05/45645-1557836316.jpg
Oxunub: 1538     10:28     17 Avqust 2019    
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın vəkili Hovhannes Xudoyan bildirib ki, onlar əminliklə Qarabağın işğal olunmuş ərazilərini apriori olaraq qondarma qurumun hissəsi hesab edə bilmirlər, buna görə də 2008-ci ilin fevral-mart aylarında bu ərazidən İrəvana gətirilmiş qüvvələr qondarma qurumun “silahlı qüvvələri” ola bilməz.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

KİV-lərə görə, Köçəryanın icazəsi olmadan vəkil belə bir iddia ilə çıxış edə bilməzdi.

“Buna görə də, əmin şəkildə iddia edirik ki, ikinci prezident artıq milli təhlükəsizliyə təhdid yaradan statusdadır. Əgər Xudoyan işğal olunmuş əraziləri Qarabağın (qondarma qurum-red.) hissəsi hesab etmirsə, apriori olaraq güman edə bilərikmi ki, Köçəryan həmin əraziləri işğal olunmuş ərazilər kimi xarakterizə edir? Köçəryanın görkəmli şəxslərindən biri, keçmiş Xarici İşlər naziri Vardan Oskanyan da vaxtında parlamentdə deputatlardan birinin suallarını cavablandırarkən belə bir söz işlətmişdi”, - deyə KİV bildirir.

Erməni KİV-ləri qeyd edir ki, Köçəryanın müdafiəçisinin bəyanatı siyasi çirkinliyin təhlükəli təzahürüdür.

“Köçəryan 2008-ci il “1 Mart” hadisələrində öz əməlini əsaslandırmaq üçün faktiki olaraq bildirir ki, öz silahlı qüvvələri olan suveren Qarabağ (qondarma qurum-red.) yoxdur və Ermənistan ordusu “azad olunmuş” (işğal olunmuş Azərbaycan torpaqları-red) torpaqları işğal edib. Başqa sözlə desək, Köçəryan Azərbaycan təbliğatının o tezisini inkişaf etdirir ki, Ermənistan Azərbaycanın bəzi torpaqlarını işğal edib. Təəccüblü hal odur ki, Davit Babayan “1in.am” ilə söhbəti zamanı Köçəryanın vəkilinin bəyanatını şərh etmək istəməyib.

Köçəryan öz vəkili vasitəsilə Qarabağın (qondarma qurum-red.) konstitusiya sisteminə, onun “ərazi bütövlüyü”nə açıq şəkildə tüpürür, Qarabağın (qondarma qurum-red) “prezidentinin mətbuat xidmətinin rəhbəri” isə deyir ki, Ermənistanın daxili-siyasi, hüquqi proseslərinə müdaxilə etmək istəmirlər”, - deyə erməni KİV-ləri vurğulayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Köçəryan işğal olunmuş əraziləri təhvil verdi – Qalmaqallı bəyanat

2019/05/45645-1557836316.jpg
Oxunub: 1539     10:28     17 Avqust 2019    