Paşinyanın bəyanatı Minsk qrupunun xoşuna gəlməyib

2019/08/00-37-1565784343.jpg
Oxunub: 571     12:35     16 Avqust 2019    
““Qarabağ Ermənistandır, Vəssalam” deməklə, nəyi nəzərdə tutduğumuza dair İrəvanın izahatından sonra Misnk qrupunun məsələyə münasibəti məlum olacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Ruben Gevondyan deyib.

Onun sözlərinə görə, Ermənistan Baş nazirinin Xankəndində səsləndiridiyi bəyanatalara münasibət bildirməsinə dair Bakının çağırışılarına Minsk qrupunun həmsədrləri sanki reaksiya verməyə tələsmir.

“Həmçinin Bakı bəyan edib ki, Paşinyanın bəyanataları üzunmüddətli danışıqlara ziddiyyət təşkil edir. Əlbəttə, Xankəndində verilən bəyanat, məhz Paşinyanın özü tərəfindən Qarabağın danışıqlar masasında iştirakına dair verdiyi bəyanatla ziddiyyət təşkil edir. Lakin söhbət Qarabağ məsələsindən getdiyi bir məqamda, Minsk qrupu hər hansı şəkildə heç olmasa öz mövqeyini bildirməlidir. Bəs indiki halda Minsk qrupu niyə münasibət bildirmir, yoxsa susqunluq özü Bakıya bir cavabdır. Paşinyanın bəyanatı Ermənistanın maraqlarına kifayət qədər cavab verirdi. Bu bəyanat, Ağdam bizim vətənimiz deyil və bu kimi məntiqdən uzaq idi. Bakının reaksiyası gözlənilən idi, təbii ki, Paşinyanın dediklərini Bakı qəbul edə bilməzdi. Minsk qrupunun həmsədrlərinə gəldikdə isə, hesab edirəm ki, yaxınlarda münasibət bildiriləcək. Bu münasibət sonrakı proseslərdən asılı olacaq”, - deyə Gevondyan bildirib.

Erməni politoloq qeyd edib ki, bu proses Ermənistanın “Qarabağ Ermənistandır, Vəssalam” açıqlamasına nə izahatı verəcəyindən çox asılıdır: “Yəni hər şey Ermənistanın bəyanatlarından asılı olacaq. Hesab edirəm ki, istənilən halda İrəvanın açıqlamasından asılı olmayaraq, Bakı mənfi ritorikasını davam etdirəcək. Bu açıqlama belə ola bilər, Ermənistan bu bəyanatla, Qarabağ tarixi Ermənistanın bir hissəsi olduğunu nəzərdə tutduğunu açıqlaya bilər. Əlbəttə, Ermənistanın bu bəyanatı izah edəcək seçim müxtəlifliyi çoxdur. Minsk qrupunun həmsədrlərindən isə münasibəti hələ də gözləyirik”.

Eyni zamanda erməni politoloq, hətta Ermənistanın təxribatçı açıqlamada birləşmə yolu ilə getdiklərini desə belə, gözlənilən reaksiyanın sərt olacağını düşünmədiyini bildirib.

“Mənim fikrimcə, istər Ermənistan, istərsə Azərbaycan baxımından Minsk qrupundan sərt açıqlama gözləməyə dəyməz. Ona görə ki, Minsk qrupu istənilən halda vasitəçilikdən başqa missiya yerinə yetirmir. Adətən, bir qayda olaraq, biz Minsk qrupu tərəfindən hər iki tərəfə ünvanlanan tarazlaşdırılmış bəyanatlar eşidirik. Düşünürəm ki, bu dəfə oxşar bir şey olacaq, tarazlaşdırılmış bir bəyanat veriləcək. Görüşlərdə ictimaiyyətə məlum olmayacaq formatda sərt danışıqlar ola bilər. Lakin düşünmürəm ki, bu danışıqlar otağından kənara çıxa bilsin. Əlbəttə, Qarabağın (qondarma qurum-red.) danışıqlar masasına qayıtması haqqında Paşinyanın bəyanatı Minsk qrupunun xoşuna gəlməyib. Ona görə ki, belə olan halda Minsk qrupu son 20-25 il ərzində həyata keçirdiyi fəaliyyətinin bütün məntiqinə yenidən baxmalı idi. Burada da belə bir inkişaf prosesi mümkündür. Lakin yalnız tərtib olunan formatdalarda əksini tapan bəyanatın kəskin olmasını, indi də baş verə biləcəyini düşünürəm. Bu halda tərəflərə bu və ya digər formatda davam etdirilməli olmaları barədə, hər hansı təzyiq edilməyəcək”, - deyə erməni politoloq vurğulayıb.

Qeyd edək ki, erməni politoloq verdiyi açıqlamada əslində Minsk qrupunun susqunluğunu fəqli şəkildə xarakterizə etməyə çalışaraq, həmsədrlərin bəyanatından öncə qabaqlayıcı yol cızmağa çalışıb. Lakin bununla belə erməni siyasi dairələri də yaxşı anlayır ki, qondarma qurumun danışıqlar masasına əyləşməsinə icazə verməyən Minsk qrupu Paşinyanın təxribatçı bəyanatına da müsbət münasibət bildirməyəcək.

Xatırladaq ki, Xankəndindəki meydanda Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, “Qarabağ Ermənistandır, Vəssalam”, həmçinin “birləşmə” haqqında danışıb. Daha öncə Minsk qrupu Qarabağın danışıqlar masasına qayıtması barədə Paşinyanın açıqlamalarına qarşı çıxış edib və yaydığı digər bir bəyanatda danışıqların artıq mövcud formatda aparılmasını açıq şəkildə vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Təxribat  

Paşinyanın bəyanatı Minsk qrupunun xoşuna gəlməyib

2019/08/00-37-1565784343.jpg
Oxunub: 572     12:35     16 Avqust 2019    