Ermənistanda hərbi hissədən oğurlanan silah cinayətə səbəb oldu - Cinayət ortağını və arvadını öldürdü

2019/08/00-35-1565781209.jpg
Oxunub: 763     20:35     20 Avqust 2019    
Ermənistanda hərbi hissədən oğurlanan silahın satılmasından əldə edilən gəlirə görə, 27 yaşlı tələbə cinayət ortağı və arvadını öldürüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 27 yaşlı D. Vardan İncəsənət Universitetinin 4-cu kursunda oxuyarkən, onun həmyaşıdları cəbhədə olurdu.

Gələcək incəsənət xadimi rəssam isə 1992-ci illərdə hərbi hissələrin birindən oğurlanmış 60 ədəd AKS və AKMS tipli avtomatların mənimsənilməsinə, satılmasına yardım edirdi. Oğurlanmış silahları kiçik partiyalarla Vardanın dostu Karen İrəvana gətirirdi. Silahın xəlvəti satışı ilə Vardan və dostu Artyom məşgul olurdu. Silah satışından əldə edilən gəlirlərdən öz paylarını ayırır, qalanlarını isə Karen oğurlanmış silahların sahiblərinə aparıb verirdi.

Bu zəncirvari dəstə isə fasiləsiz fəaliyyət göstərmirdi. Əsasən satan dəstə pulları silah sahiblərinə vaxtında çatdırmırdı. Gərginlik getdikcə artırdı. 1993-cü ilin sentyabr ayında ələ keçirilən silahların sahibləri Karen vasitəsilə Vardan və Artyoma xəbərdarlıq edərək, tələb edirlər ki, növbəti silah partiyasının satılmasından əldə edilən gəlirlər dərhal silah sahiblərinə, yəni onlara göndərilsin. Karen Vardanyana təzyiq göstərməyə başlayarkən, Vardan bildirmişdir ki, pulları Artyom kecikdirir. Artyom borca düşdüyünü və oktyabr ayınadək 300 min rus rublunu qaytaracağına vəd verir, lakin vədinə əməl edə bilmir.

Qərara alınır ki, onlara “pul atan” Artyom cəzalandırılmalı və pul qismən də olsa geri qaytarılmalıdır. 1993-cu ilin oktyabr ayının 12-13 gecəsi Vardan və Karen “Niva” markalı avtomobillə Artyomun evinə gəlirlər. Evdə Artyom, onun arvadı və 2 yaşlı uşağı olur. 300 min rus rublunu tələb etsələr də, Artyom belə bir məbləğin olmadığını bildirib. Artyom artıq öldürüləcəyini dərk etsə də, arvadını xilas etmək barədə yalvarışlarını nəzərə almayıblar. Həmin gecə Artyom və arvadı öldürülür, 2 yaşlı uşaq isə bütün gecəni meyitlərlə birgə keçirir.

Həmin tarixdə harda olmaları barədə Vardan və Karen saxta tarixçə də uydurmağı unutmurlar. Artyomun evindəki son vəziyyəti öyrənmək adı ilə həmin həyətə yenidən gələn “Niva” markalı avtomobili qonşular tanıyaraq, bu barədə polisə məlumat verirlər. Həbs edilən Vardan, hadisə gecəsi uydurduğu əfsanəyə uyğun guya kurs yoldaşının evində olduğunu deyir. Kurs yoldaşı həqiqəti etiraf edir və Vardanın onun evində olduğunu inkar edir. Vardan 15 il azadlıqdan mərhum edilsə də, cinayət ortağı Karen gizlənməyə macal tapır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Silah-satışı   Cinayət  

Ermənistanda hərbi hissədən oğurlanan silah cinayətə səbəb oldu - Cinayət ortağını və arvadını öldürdü

2019/08/00-35-1565781209.jpg
Oxunub: 764     20:35     20 Avqust 2019    