Qeyd edilir ki, siyasi xadimin ailəsi ilə birgə doğulduğu yerə səfər etməsi ilk dəfə baş verən hal deyil. Kuxçinski özü isə iddia edir ki, cinayət törətməyib və dövlətə ziyan vurmayıb. İstənilən halda o, avqust ayının 9-da istefa vermək niyyətindədir. Bu barədə “Ria Novosti” agentliyi məlumat yayıb.
Kuxçinski ilə bağlı baş verənlər, başlanğıc ola bilər. Bu addım Ermənistanda da Nikol Paşinyanın istefası məsələsini qaldırmağa təkan verə bilər.
Xatırladaq ki, aylar oncə “Politik.am” xəbər portalı Paşinyanın da xidməti təyyarə ilə öz arvadı və qızını gəzməyə apardığını aşkar edib.
Paşinyanın arvadı Anna Hakobyan aşkar edilən faktdan sonra bəyanatla çıxış etməyə məcbur olub. O, dövlət vəsaiti hesabına həyata keçirilən gəzintilərini, Paşinyanın Baş nazir olmasından sonra tez-tez evdə olmaması, həyat yoldaşını sevdiyi və darıxdığı ilə izah edib.
Alpər Mövludoğlu
Ordu.az