“Hərbi-tibbi estafet” müsabiqəsi davam edir - VİDEO
Oxunub: 24050
17:21
09 Avqust 2019
Azərbaycan Ordusunun hərbi həkimlərinin də iştirak etdiyi “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsi baş tutub. Hərbi həkimlərimiz həmkarları ilə birgə maneələr zolağını dəf etmədə və ixtisas hazırlığında öz bacarıqlarını sınayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, hakimlərin qərarına əsasən 11 komanda arasında Azərbaycan heyəti hazırda 5-ci yerdə qərarlaşıb.