Konqresmenlər Qarabağa görə USAID-ə qanunsuz çağırış ediblər

2019/08/15651-1565267720.jpg
Oxunub: 27309     16:34     08 Avqust 2019    
ABŞ konqresmenləri USAID təşkilatına məktub ünvanlayaraq, işğal altında olan Qarabağın qanunsuz minalardan təmizlənməsi layihəsinin maliyyələşdirilməsini azaltmamağa çağırış ediblər.

Ordu.az xəbər verir ki, bu barədə konqresmen Koksun rəsmi səhifəsində məlumat yayılıb.

ABŞ konqresinin Nümayəndələr palatasının üzvləri Bred Şerman və Ticey Koks, demokrat və respublikaçı həmkarları tərəfindən imzalanmış, Qarabağda ərazilərin qanunsuz minalardan təmizlənməsi layihəsinin maliyyələşdirilməsini davam etdirməyə yönəlmiş məktubu ABŞ-ın beynəlxalq inkişaf agentliyi olan USAID-ə göndəriblər.

Qeyd olunur ki, məktub 2019-cu ilin sonunda işğal altında olan Qarabağda ərazilərin qanunsuz minalardan təmizlənməsi layihəsinin maliyyələşdirilməsinin dayandırılması qərarına qarşı USAID təşkilatına ünvanlanıb.

Məktubda, daha öncə Beynəlxalq inkişaf agentliyinin rəhbəri Mark Qrinin vəd etdiyi kimi “HALO Trust” təşkilatının öz missiyasını başa çatdırmaq üçün maliyyə yardımını davam etdirməyi xahiş ediblər.

Məlumata əsasən, ABŞ Konqresinin 89 üzvü “Hay Dat”ın təşəbbüsünə qoşularaq, ABŞ tərəfindən işğal altında olan Qarabağa ayrılan yardımın azaldılmasının əleyhinə çıxış ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin