Azərbaycanda çağırışçılar və hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə baxılacaq

2019/07/photo-1564045150.jpg
Oxunub: 5168     09:25     25 İyul 2019    
Azərbaycanda çağırışçılar və həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə qanunvericiliyə uyğun olaraq baxılacaq.

Ordu.az-ın məlumatına görə, bu, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nda öz əksini tapıb.

Tədbirlər Planında qeyd edilib ki, çağırışçılar və həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə baxılmasının məqsədi narkomanlığın erkən müəyyən edilməsi və profilaktikasıdır.

Bu işin 2019-2020-ci illərdə Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çağırışçı   Nazirlər-Kabineti  


Bizi "telegram"da izləyin