Azərbaycan dünyanın hərbi güc reytinqində irəlilədi

2019/07/41593-1564030684.jpg
Oxunub: 3543     08:54     25 İyul 2019    
“Global Firepower” təhlil mərkəzi 2019-cu ilin ən güclü ordularının siyahısı ilə bağlı hesabat açıqlayıb.

Ordu.az-ın məlumatına görə, Azərbaycan Ordusu siyahıda ötən illə müqayisədə bir pillə irəliləyərək 137 ölkə arasında 52-ci yerə yüksəlib.

Siyahıda birinci yerdə ABŞ, ikinci yerdə Rusiya, üçüncü yerdə isə Çin ordusu qərarlaşıb. Türkiyə siyahıda 9-cu, İran 14-cü, Gürcüstan isə 85-cidir.

Qeyd edək ki, Ermənistan yeni reytinqdə 12 pillə geriləyərək 96-cı yerdə qərarlaşıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordusu   Global-Firepower  


Bizi "telegram"da izləyin