Erməni general 5 daşınmaz əmlakını gizlədib

2019/07/mihra-1563969767.jpg
Oxunub: 26860     16:43     24 İyul 2019    
Külli miqdarda əmlak mənimsəməkdə, rəsmi səlahiyyət mövqeyindən sui-istifadə etməkdə ittiham edilən və hazırda Rusiya Fedrasiyasında olan Ermənistan parlamentinin "Respublikaçılar" fraksiyasının sabiq deputatı, general Mihran Poğosyan 2018-ci il və 2019-cu ildə vəzifə səlahiyyətlərini dayandırdıqdan sonra əmlak varlığı barədə bəyannamələrini vəzifəli şəxslərin etika komissiyasına təqdim edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2018-ci il üzrə illik bəyannaməsindən məlum olur ki, Poğosyan həmin il ərzində 20 milyon 729 min 870 dram dəyərində torpaq sahəsi əldə edib, bir istehsal sahəsini 5 milyon drama və bir ictimai təyinatlı tikilini 581 milyon 400 min drama satıb.

Bundan başqa, Poğosyan 2018-ci il ərzində 13 milyon dram dəyərində "Range Rover Supercharged 5.0 VOGUE" markalı avtomobil əldə edib.

2018-ci ilin əvvəlində Poğosyanın əmlak varlığı 30 milyon dram və 155 min dollar təşkil etsə də, ilin sonunda 598 milyon dram və 152 min dollar təşkil edib.

Həmin il ərzində ümumilikdə Poğosyanın qeyd edilən əmlaklarının satışından, əmək haqqından və kirayələrdən gələn gəlirləri hesabına mal varlığı 647 milyon 574 min 675 dram həcmində olub.

Vəzifə səlahiyyətlərini dayandırdıqdan sonra yəni 14 yanvar 2019-cu il vəziyyətinə görə, Poğosyanın 9 ictimai təyinatlı obyekt, 2 fərdi ev, 1 torpaq sahəsi və 1 maşın dayanacağı olmaqla, ümumilikdə 13 daşınmaz əmlakı olub. Burada daha bir maraqlı məqam ondan ibarətdir ki, 2017-ci ildə Poğosyan erməni parlamentinin deputatı vəzifəsini qəbul edərkən təqdim etdiyi bəyannaməyə əsasən 9 daşınmaz əmlak barədə məlumat verib.

2017-ci ilin sonuna təqdim edilən bəyannaməyə əsasən, o, nə daşınmaz əmlak əldə edib, nə də satıb. 2018-ci il üzrə təqdim edilən bəyannamədən isə məlum olur ki, Mihran Poğosyan 1 daşınmaz əmlak əldə edib, 2 daşınmaz əmlak isə satıb. Beləliklə, onun ümumi olaraq 8 daşınmaz əmlakı olmalı idi, lakin göründüyü kimi, o, 5 daşınmaz əmlakını bəyannamədə göstərmədən gizlədib.

Vəzifəsini dayandırdığı gün onun 1 "Range Rover Supercharged 5.0 VOGUE" markalı avtomobili olub. Bununla yanaşı, Poğosyan 598 milyon dram və 152 min dollar mal varlığına sahib olub. 2019-cu ilin əvvəlindən vəzifəsini dayandıranadək onun əmək haqqının gəlirlərindən formalaşan 114 min 660 dram həcmində olduğu qeyd edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-general   Vəsait  


Bizi "telegram"da izləyin