Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq iqtidar partiyası, “Respublikaçılar” partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.
O qeyd edib ki, çevrilişlə hakimiyyəti ələ keçirdikdən sonra yeni yaradılan hakimiyyətin siyasi terrorla əlaqələndirilməsinə dair çoxsaylı hadisələr məlumdur.
"Rusiyada qırmızı, Fransada yakobinçilərin terroru bunlardandır. Maraqlıdır ki, hər iki halda hədəf siyasi rəqiblərə qarşı terror olub. Bu şəxsləri bir halda əksinqilabi royalitlər, digər halda əks inqilabi ağlar paketinə qarışdırırdılar. Hər iki halda yeni hakimiyyətin hədəfi xarici deyil, daxili düşmən simasının formalaşdırılması olub.
Demək olar ki, Nikolun hakimiyyəti ələ keçirməsindən sonra Ermənistanda eyni şey baş verir. "Addım"çılar bizi qara elan etdilər. Daha sonra Qarabağda xəyanətkar qüvvələr axtarmağa başladılar. Hazırda isə daxili düşmən simasını Konstitusiya məhkəməsinə yapışdırırlar", - deyə Şarmazanov etiraz edib.
O, Ermənistanın bu cür dəbdəbəyə yol verməsi üçün resursu olmadığına diqqət çəkib: "Nikol Paşinyanın təşəbbüs göstərdiklərinə dövlətçiliyin dağıdılması deyə bir ad vermək olar. Bütün qanuni vasitələrdən istifadə edilməklə bunun qarşısı alınmalıdır. Sonra xalq olaraq başımıza döyəcəyik, amma o zaman artıq gec olacaq".
Alpər Mövludoğlu
Ordu.az