Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 16:50 radələrində polisin Arabkir rayon şöbəsinə “Koreya dərəsi” keçid dəhlizindəki yay evlərindən birində asılmış kişi meyitinin olduğu barədə məlumat daxil olub.
Məlumata görə, hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Polis və müstəntiqlər müəyyən ediblər ki, yay evində kəndirdən asılma yolu ilə intihar edərək ölən şəxs qeyd edilən yay evinin sakini 30 yaşlı K.Arsendir.
Bildirilir ki, faktla bağlı ekspertiza təyin edilib.
Qeyd olunur ki, Arsen Ermənistanda dislokasiya olunan Rusiya Federasiyasının sərhəd qoşunlarında xidmət edib.
Alpər Mövludoğlu
Ordu.az