Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, Ermənistan Müdafiə Nazirliyinin strukturu tamamilə alt-üst edilərək köklü dəyişiklər aparılacaq.
“Aparılan bu struktur dəyişikliyinin müəyyən detalları məlumdur. Baş idarələrin konkret istiqamətləri olacaq, Ermənistan Müdafiə nazirinin administrasiyası isə tamamilə köklü şəkildə dəyişdiriləcək və əvəzində baş katiblik yaradılacaq”, - deyə erməni nəşri vurğulayıb.
Nəşr qeyd edir ki, nazirliyin rəhbər heyəti köhnə əməkdaşlara çatdırıb ki, dəyişikliklər nəticəsində səsinizi çıxarmayın və ərizənizə qol çəkin.
“Əldə edilən məlumatlara əsasən, belə bir mühitdə nazirliyin müxtəlif idarələrinin əməkdaşlarına başa salıblar ki, struktur dəyişiklikləri nəticəsində gözlənilən ixtisarlara hazır olsunlar. Bundan başqa nazirliyin rəhbər heyəti köhnə əməkdaşlara çatdırıb ki, dəyişikliklər nəticəsində gənclərə daha çox üstünlük veriləcək. Bir sözlə Ermənistan Müdafiə Nazirliyində ciddi proseslər gedir”, - deyə “Jağovurd”un məlumatında ifadə olunur.
Alpər Mövludoğlu
Ordu.az