Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, artıq Paşinyan həmin Paşinyan deyil və bunun sonu daha da pis olacaq.
“O, öz davranış tərzi ilə Serj Sarkisyana və digər Baş nazirlərə oxşamağa başlayıb. Həmin sabiq Baş nazirlər də xalq arasında olanda sadə insanlarla görüşərkən onlara minnət edir, onları yaxınlaşan vətəndaşları dinləmir, onlarla kobud davranır, hörmətsiz davranış tərzi nümayiş etdirirdilər. Bu xüsusiyyət demək olar ki, hakimiyyətdə olanların tez bir zamanda yoluxduğu imperiya xəstəliyidir. Bu xəstəliyə Baş nazirin rəhbərliyi altında yeni hakimiyyət tez bir zamanda yoluxub.
O, narazılıq edən vətəndaşlara keçmiş hakimiyyətin verdiyi cavabları verərək, qoy gedib işləsinlər, deməklə kifayətlənir. Harada, necə işləsinlər, deyə sualına isə cavab yoxdur. Sarkisyan o zaman deyirdi ki, qoy heyvan saxlasınlar. Karen Karapetyan heyvan əvəzinə başqa bir şey saxlamağı tövsiyyə edirdi, indi isə Paşinyan qoyun saxlamağı tövsiyyə edir. Paşinyan gündən-günə xalqdan və reallıqdan daha da uzaqlaşır. Hakimiyyətə gəldiyi ilk dövrlərdə hökumət binasına əsas qapıdan daxil olub, ona yaxınlaşan vətəndaşların suallarına cavab verib, hətta mühafizəçilərinə ona yaxınlaşan vətəndaşlara mane olmamağa görə xəbərlıq edirdi. Hətta vətəndaşlar hökumət binasının qapısını vurarakən, Paşinyan deyib ki, öz qapılarıdır istəsələr, lap qıra da bilərlər.
İndi isə artıq Paşinyan tərəfindən mühafizəçilərin sayı artırılıb və bununla da Baş nazirə yaxınlaşmaq mürəkkəbə çevrilib. İndi Paşinyan xalqla bir neçə mühafizə səddinin arasından təmas qurur, öz narahat həyatından şikayət edən vətəndaşlara isə Sarkisyanın, Hovik Abrahamyanın və ya digər respublikaçıların verdiyi cavabları verir”, - deyə nəşr bildirir.
Nəşr, Paşinyan Gümrüdə olarkən ərini itirmiş 5 uşaq anasına qəzəblənərək onu xalq arasında pərt etdiyini vurğulayır: “İyulun 20-də Gümrü şəhərinə səfəri zamanı mühafizəçiləri çətinliklə yararaq, ərini itirən və 5 uşaq böyüdən bir qadın öz dərdləri ilə Baş nazirə yaxınlaşa bilib. O, hökumətdən evinin təmiri üçün yardım edilməsini xahiş edirdi. Qadın qeyd edib ki, oğlu ordudan qayıdıb, dəhşətli vəziyyətdə yaşayırlar, indi oğlu ailəni saxlamaq üçün Rusiyaya iş dalınca getməlidir. Lakin baş nazir “Niyə, burda niyə işləmir ki?”, deyə qəzəblənib. Baş nazir daha da təəccüblənərək, “Yetkin, həddi buluğa çatmış oğlandır, işləməlidir, bəsdir da, mənim oğlum da ordudadır”, deyərək Paşinyan qadını sonadək dinləmədən çevrilib və avtomobilinə oturub. Qadın isə “Paşinyanın cavabı belədir?” deyə təəccüb edib.
Bundan sonra digər vətəndaşlar da Paşinyana yaxınlaşmaq istəsələr də mühafizəçilərin müqavimətinə rast gəliblər. Paşinyanın bu hərəkəti sosial şəbəkələrdə tənqid edilib və ruh düşkünlüyü ifadən edən şərhlər verilib. Onlar Paşinyanı Baş nazir etdilər və onunla bağlı böyük ümidləri vardı. Bu gün artıq Paşinyan onların suallarına belə cavab vermək istəmir. Daha sonra məlum olub ki, həmin kənddəki evinin təmirini xahiş edən qadına yaşadığı mənzili keçmiş Baş nazirlərdən olan Hovik Abrahamyan hədiyyə edib”.
Nəşr əlavə edib ki, Paşinyan vaxt keçdikcə Sarkisyanın addımlarını atır və xalqa qarşı daha da amansız olur.
“Paşinyanın Gümrü sakini olan qadına verdiyi cavab, 2013-cu il yanvarın 29-da seçkiqabağı Sarkisyanın Tavuş viilayətinin Movses kəndinə səfəri zamanı ona yaxınlaşan qadına verdiyi cavabı xatırladır. Həmin vaxt Sarkisyan yaşlı kənd sakinindən “Atacan, hansı problemləriniz var?” deyə soruşub, yaşlı kişi isə səmimi olaraq cavab verib: “Kənd boşalır, uşaqlarım isə Rusiyadadır”. Sarkisyan isə təəccüblənərək, “Sənin uşaqlarının Rusiyada olmasına görə mənəm günahkar? Buna görə də mənəm günahkar? Qoymazdın getsinlər”. Kənd sakini isə cavabında bildirib ki, əgər zavod olsaydı, işləsəydilər, getməzdilər. “Kənddə zavod olsun?”, deyə Sarkisyan təəccüblənərək, kəndlinin üzərinə doğru irəliləyib.
“Bax belə düşündüyünüzə görə xiyar tərs bitir. Atacan, onsuz da bizim çox günahlarımız var. Niyə, bizim üzərimizə yeni günahlar yükləyirsiz? Əgər kənddə, qaz, su, yol olmadığınI desəydiniz, mən günahkar ola bilərdim, bunun üçün mən məsuliyyət daşıyıram, amma sənin uşaqlarının Rusiyaya getməsinə gəldikdə, mənəm günahkar? Kənddə qalıb, torpaq becərərdi, heyvan saxlayardı”.
Həmin vaxtlar hakimiyyət ölkənin boşalmasına, kəndlinin övladlarının işləmək üçün Rusiyaya getməsinə görə məsuliyyət daşıdığını dərk etmirdi. Lakin xalq bunu dəqiq dərk edirdi və 5 ildən sonra bu cür yanaşma tərzi nümayiş etdirən və bu cür özünə haqq qazandıran hakimiyyətin getməli olduğunu göstərdi. Lakin keçmiş hakimiyyət dövründə bu və ya digər kəndə qaz çəkilib, yol çəkilibsə, Nikol dövründə hələ heç bir yeni iş görülməyib. Keçmişdəkilərin minnəti, cangüdənlərin barrikadası artıq meydana gəlib və var. Lakin problemlərin həlli istiqamətində irəliləyişlər yoxdur”, - deyə “Hraparak” Paşinyana diqqət çəkərək onun da Sarkisyanın yolunu getdiyini ifadə edib.
Alpər Mövludoğlu
Ordu.az