“Hraparak”: Erməni döyüşçünün oğlunu məcburi “təklif”lə işdən azad ediblər

2019/07/00-10-1563953084.jpg
Oxunub: 7489     11:02     24 İyul 2019    
Ermənistanda Sisian dəstəsinin komandiri, döyüşçü Aşot Minasyanın oğlu Taron Minasyanı Mərkəzi bankın Sisian şəhər regional kassa mərkəzinin müdiri vəzifəsindən azad ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, erməni döyüşçünün oğlu məcburi “təklif” əsasında ərizə yazaraq işdən çıxıb ki, təklifi qəbul etmədiyi təqdirdə onun boynuna şər atmasınlar.

“Mərkəzi bankdan rəsmi olaraq bildiriblər ki, Minasyan öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib. Əslində isə əldə edilən məlumata görə “öz ərizəsi” məcburi təklif əsasında yazılıb. Taron Minasyan öz ərizəsi ilə azad edildiyini təsdiqləyib. Buna səbəb nə olub sualımıza cavabında, o, “de ki, belə qərara gəldim” deyə bildirib. Sizi bu cür qərar verməyə məcbur ediblər, təzyiq göstəriblər, yoxsa razı salıblar, sualımıza isə “demək olar təklif ediblər” deyə cavab verib”, - deyə erməni nəşri döyüşçünün oğlunun təhdid edilərək ərizə yazdığını vurğulayıb.

Nəşr qeyd edir ki, Minasyan elə təhdid olunub ki, o, yalan da olsa öz ərizəsi ilə işdən çıxdığını deyir.

Minasyan, yəqin ona daha ehtiyac olmadığını hiss ediblər, deyərək başqa şərh vermək istəmədiyini bildirib. Yeri gəlmişkən, inqilabdan sonra Paşinyan hakimiyyəti Sisianda böyük hörmətə malik olan Minasyanın atasını da Dövlət Gəlirləri Komitəsinin Sünik gömrük rəisi vəzifəsindən azad edib”, - deyə “Hraparak” Ermənistan hakimiyyətində nə baş verdiyini aydınlaşdırmağa çalışsa da, cəhdləri boşa çıxıb.

Qeyd edək ki, Ermənistanda “Yerkrapah” təşkilatına daxil olmayan və ya ona qarşı müxalif mövqedə duran döyüşçülərə qarşı məhdudiyyətlər tətbiq edilir. Bu hal Sasun Mikaelyanın təşkilatın rəhbərliyinə gətirilməsindən sonra daha da kəskinləşib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yerkrapah  


Bizi "telegram"da izləyin