"Əgər məni orduya qaytarmağa çalışsalar, intihar edəcəm" - Erməni əsgər

2018/10/ermen-1539249695.jpg
Oxunub: 26247     17:56     23 İyul 2019    
Ermənistan ordusunda daha bir rüsvayçı fakt qeydə alınıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bir müddət öncə İrəvanın Açapnyak rayonundan orduya çağırılan S.Narek adlı 19 yaşlı gənc qanuni məzuniyyətindən sonra hərbi hissəyə dönməkdən imtina edib.

Valideynləri ilə danışan Narek orduya geri qayıdacağı halda intihar edəcəyini bildirib.

“Əvvəllər o, 80 kiloqram idi. Biz onu görəndə gözlərimizə inanmadıq. O, o qədər arıqlamışdı ki, cəmi 55 kiloqram çəkisi vardı. Narek niyə orduya dönmək istəmədiyini açıqlamır. O, yalnız öləcəyini, amma xidmət etməyəcəyini deyir”, – deyə əsgərin valideynləri deyiblər.

Hadisə Ermənistanda əsgər fərariliyini bir daha gündəmə gətirib. İddialara görə, əsgərlərə qarşı qeyri-insani hərəkətlər, eyni zamanda, onların azuqəsiz qalması, müxtəlif, o cümlədən cinsi istismara məruz qoyulmaları düşmən ordusunda geniş yayılıb.

Hüquq-mühafizə orqanlarına müraciət edən valideynlərin çağırışı əsasında əsgər Muratsan hərbi hospitalına yerləşdirilib. Bura isə hərbi polisin əməkdaşları gələrək onu "Kanaz" hərbi hospitalına köçürüblər.

Qeyd edək ki, dünən həmçinin Ermənistan ordusunun hərbi hissələrindən birində Amik Vardanyan adlı erməni əsgərinin cəsədi tapılıb. 2000-ci il təvəllüdlü əsgərin ölüm səbəbi bəlli deyil. Amikin ailəsinin tək övladı olduğu bildirilir. Hərbçinin ölümü ilə bağlı intihar səviyyəsinə çatdırmaq maddəsi ilə cinayət işi açılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Əsgər   Zorakılıq  


Bizi "telegram"da izləyin