ABŞ İrana görə koalisiya yaratmaq istəyir

2019/07/KPHJ5-1563881005.jpg
Oxunub: 15895     19:21     23 İyul 2019    
"ABŞ Hörmüz boğazında keşik çəkmək üçün dünyanın müxtəlif ölkələrinin iştirakı ilə koalisiya yaratmaq niyyətlərini elan edib".

Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo deyib

Pompeo hərbi münaqişənin yaranma ehtimalının olduğunu, amma ABŞ administrasiyasının döyüşə hazırlaşmadığını vurğulayıb.

“Prezident açıq şəkildə bildirib: biz İranla müharibə istəmirik. Sadəcə istəyirik ki, onlar dünyada terror fəaliyyətlərini dayandırsınlar. Onlar nüvə silahı istehsal etməyə davam edə bilməzlər", - M.Pompeo deyib.

Koalisiyanın yaradılması barədə həmçinin ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford da açıqlama verib. Onun sözlərinə görə, ABŞ hökuməti artıq bir sıra ölkələrlə danışıqlar aparır. Eyni zamanda, Pentaqon başçısının köməkçisi Ketrin Vilbarger kampaniyanın məqsədinin İrana qarşı olmaq yox, gəmiçiliyin təhlükəsizliyini təmin etmək olduğunu qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin