“Joğovurd”: Ermənistanda aprel döyüşlərinin iştirakçısı olan tələbələrin təhsil haqları ödənilmir

2019/07/downl-1563867381.jpg
Oxunub: 22879     11:33     23 İyul 2019    
Ermənistanda aprel döyüşlərinin iştirakçısı olan tələbələrin təhsil haqqının 20%-nin kim tərəfindən ödəniləcəyi məlum deyil.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, fond ləğv edilmə prosesində olduğuna görə, tələbələr təhsil haqqının 20%-nin kim tərəfindən ödəniləcəyini öyrənmək istəyir.

““Ermənistanın gənclər fondu”nun ləğv edilməsi 2016-cı ilin aprel döyüşlərində iştirak edən erməni tələbələrə problemlər yaradıb. Belə ki, aprel döyüşləri iştirakçısı olan gənclərin təhsil haqqının 20%-ni həmin fond ödəyirdi. Bəzi tələbələrin dediklərinə görə, 2018-2019-cu illər üçün təhsil haqqının 20%-ni vəd edən fond ödənişləri həyata keçirməyib. Buna səbəb olaraq fondun ləğv edilmə prosesində olduğunu bildirib”, - deyə erməni nəşri bildirib.

Nəşr qeyd edir ki, fond tələbələrin dediklərini təkzib edərək məsuliyyəti üzərindən atmağa çalışır.

“Respublikaçılar” partiyasının üzvü olan Karen Avakyanın rəhbərlik etdiyi fondun fəaliyyətini yaxın gələcəkdə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin həyata keçirəcəyi istisna edilmir”, - deyə “Joğovurd” vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin