Çağırışçılar və hərbi qulluqçular icbari narkoloji müayinədən keçiriləcək

2019/07/thumb-1563858539.jpg
Oxunub: 8549     09:03     23 İyul 2019    
Narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə çağırışçılar və həqiqi hərbi xidmət keçən hərbi qulluqçular icbari narkoloji müayinədən keçiriləcək.

Ordu.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2019-2020-ci illərdə narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə çağırışçıların və həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-qulluqçu   Çağırşçı   Müayinə  


Bizi "telegram"da izləyin