Gümrüdə baş verən partlayış nəticəsində 44 yaşlı sürücü xəstəxanaya yerləşdirilib

2019/07/17624-1563795411.jpg
Oxunub: 19717     16:58     22 İyul 2019    
Ermənistanda zibillərin təmizləməsi işlərini həyata keçirən şəxsin tapdığı qumbaranın halqasını çəkməsi nəticəsində partlayış baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən axşam saatlarında Gümrü şəhərində baş verən partlayış nəticəsində 44 yaşlı kişi şəhərin tibb mərkəzinə yerləşdirilib.

Məlumata görə, xəstəxanaya yerləşdirilən şəxs müxtəlif bədən xəsarətləri alıb.

Bildirilir ki, yaralanan şəxs Gümrü şəhər icra hakimiyyətinin kommunal təsərrüfat bölməsində zibil daşıyan maşının sürücüsü işləyir. Şəhərin küçələrindən birində zibil daşıma işləri həyata keçirərkən o, qumbara partlayıcısı tapıb və hüquq mühafizə orqanlarına məlumat vermək əvəzinə, partlayıcının halqasını dartaraq çıxarıb. Onun bu hərəkətindən sonra partlayış baş verib.

Hüquq mühafizə orqanları hadisənin təfərrüatını araşdırır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gümrü   Partlayış  


Bizi "telegram"da izləyin