Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə naziri Davit Tonoyan deyib.
Onun sözlərinə görə, bu istiqamətdə müəyyən qədər azalma qeydə alınsa da, yezidi hərbi qulluqçunun psixoloji vəziyyətini öncədən aşkar etməyə imkan verməyən bəzi nöqsanlar olub.
"İlkin araşdırma getdiyinə görə bundan artıq bir söz deyə bilmərəm", - deyə o qeyd edib.
Ermənistan ordusunun hərbi qulluqçusu Broyan Ermənistanın Ədliyyə nazirliyinin tabeliyindəki “psixoloji sağlamlığın qorunması milli komitəsi” MMC-nin Nubaraşendəki xəstəxanasından çıxarılıb və hərbi hissəyə getməyib. Məlum olub ki, milliyətcə yezidi olan Broyan Ermənistan ordusuna zəif zehni çatışmazlıq diaqnozu ilə keçən ilin avqust ayında çağırılıb.
Alpər Mövludoğlu
Ordu.az