Aİ-nin Ermənistana yardımı 35 milyondan 70 milyon avroyadək artırılacaq

2019/07/345-1563793723.jpg
Oxunub: 13550     15:12     22 İyul 2019    
"2019-cu il ərzində yardım səviyyəsi 70 milyon avroya çatacaq".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Pyotr Svitalski deyib.

Svitalski Avropa İttifaqının Ermənistana yardımının orta hesabla 35 milyon avro olduğunu qeyd edərək, şura sədri Donald Tuskun bəyan etdiyi kimi, yardımın 2 dəfə artırıldığını vurğulayıb.

Səfir qeyd edib ki, söhbət ikitərəfli layihələrin dəstəklənməsindən gedir. 2019-cu il ərzində yardım səviyyəsinin 70 milyon avroya çatacağını vurğulanıb.

"Aİ növbəti çoxsahəli maliyyə yardımı ilə bağlı texniki müzakirələrə başlayacaq", - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin