Tonoyan Hovhannisyanı təkzib etdi: “Naxçıvan istiqamətindəki atışmalar hədəfə qarşı yönəldilməyib”

2019/07/23423-1563791478.jpg
Oxunub: 24869     14:30     22 İyul 2019    
“Bir neçə gün əvvəl Azərbaycan tərəfindən Naxçıvan istiqamətindəki atışmalar hədəfə qarşı yönəldilməyib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərlə söhbət zamanı Ermənistanın Müdafiə naziri Davit Tonoyan deyib.

Onun sözlərinə görə, neqativ halların təkrarlanmaması üçün qonu ölkə ilə əlaqə yaradılıb.

“Atışma, hədəfə qarşı yönəldilməyib. Biz tədbirlər görmüşük, bu hadisələrin təkrarlanmaması üçün qonşu ilə əlaqə yaradılıb”, - deyə Tonoyan bildirib.

Jurnalistin “Söhbət Baş nazir Nikol Paşinyanın bəyan etdiyi əlaqədən gedir?” sualına Tonoyan bu şəkildə cavab verib: “Hadisə baş verir, yoxlayırıq, xəbərdarlıq edirik, qarşı tərəf tədbirlər görür. Birbaşa deyil, təyin edilmiş vəzifəlilərin vasitəsilə danışırıq. Bu normal və müsbət prosesdir. Sərhəddin bəzi sahələrində nəzarət edilməli gərginliklər var. Lakin narahat olmağa əsas yoxdur. Gərginlik aparılan ikitərəfli mühəndis işləri ilə bağlıdır”, - deyə Tonoyan qeyd edib.

Qeyd edək ki, iyulun 17-də Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artrun Hovhannisyan verdiyi açıqlamada, Azərbaycanı ittiham edərək Naxçıvandan erməni mövqelərinin, həmçinin kəndin atəşə tutulduğunu iddia etmişdi. Lakin faktiki olaraq, Tonoyanın “hədəfə qarşı yönəldilməyib” açıqlaması, düşmənin daha öncə dezinformasiya xarakterli məlumatlar yaydığını təsdiq edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Tonoyan   Dezinformasiya  


Bizi "telegram"da izləyin