Erməni kilsəsi ilə Aysor icması arasında mübahisə gedikcə qızışır

2019/07/19702-1563780818.jpg
Oxunub: 4076     20:32     22 İyul 2019    
Ermənistanın Ararat vilayətinin Dmitrov icmasındakı kilsənin ətrafında mübahisələr getdikcə qızışır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ararat patriarxiyası bəyanat yayıb.

Ermənistan Baş naziri Nikol Paşinyana və erməni katalikosuna ünvanlanan açıq məktuba Ararat patriarxiyasının dini icması cavab verib.

“Ümumerməni katalikosuna və Paşinyana ünvanlanmış açıq məktubda qaldırılan məsələlərə tutarlı cavab verilməsi üçün tarixi faktlar araşdırılır və kilsə haqqında sübutlar nəzərdən keçirilir.

Dmitrovdakı kilsəyə gəldikdə isə qeyd edək ki, məsələyə dair yekun cavab verilənədək kilsənin girişlərindən birinin yuxarı hissəsində mövcud ermənicə iki yazı araşdırılmalıdır. Bu yazılardan birində qeyd olunur ki, kilsə 1911-ci ildə yenidən inşa edilib və bu yenidən inşa prosesini Ter Vardanyan həyata keçirib. İkinci yazıda isə açıq-aydın deyilir ki, kilsə 1868-ci ildə inşa edilib. Bu yazıların mətninin tam bərpası mütəxəssislər tərəfindən hazırda həyata keçirilir”, - deyə bəyanatda qeyd olunur.

Eyni zamanda Ararat patriarxiyasının açıqladığı bəyanatda keşiş Mikayel Nuricanyanın ünvanına səsləndirilən ittihamlara cavab olaraq bildirilir ki, kilsə ilə əlaqəsi olmayan bəzi plakatlar guya təmizlik işləri aparılarkən çıxarılıb.

“Kilsədə aidiyyatı olmayan bir sıra şəkillər, A4 formatında keyfiyyətsiz kağız üzərində çap edilmiş müqəddəs simvollar və həmin vərəqlərin arxasında çılpaq insanların şəkilləri olan bəzi plakatlar naməlum şəxslər tərəfindən kilsəyə gətirilib”, - deyə Ararat patriarxiyası erməni keşişin saxtakarlıq aparmasını ört-basdır etməyə çalışıb.

Xatırladaq ki, Aysor icmasının nümayəndəsi İrina Saqradova-Qasparyan açıq məktubla Paşinyana və ümumerməni katalikosu Qareginə müraciət edib. İrina Saqradova -Qasparyanın müraicəti onun “Facebook” səhifəsində paylaşılıb.

Müraciətində, İrina Saqradova-Qasparyan Ararat vilayətinin Dmitrov kənd keşişi Nuricanyan və kənd məktəbinin direktoru olan arvadı tərəfindən kənddəki aysorlara məxsus kilsənin müqəddəs simvollarının məhv edildiyini, xüsusilə aysorların ikona və xaçlarının yandırıldığını vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Etnik-azlıqlar  


Bizi "telegram"da izləyin