Ölən erməni əsgər ailənin tək övladı olub

2019/07/34534-1563775789.jpg
Oxunub: 15909     09:54     22 İyul 2019    
2019-ci il iyulun 20-də saat 18:15 radələrində Ermənistan ordusunun hərbi hissələrindən birinin döyüş mövqeyinin müşahidə məntəqəsində erməni hərbi qulluqçusunun ölüm faktı üzrə İstintaq Komitəsinin hərbi istintaq baş idarəsi tərəfindən CM-nin müvafiq maddəsi üzrə cinayət işi açılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, daha öncə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan “Facebook” səhfəsində yazaraq qeyd edib ki, dünən axşam Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin döyüş mövqeyində 2000-ci il təvəllüdlü sıravi əsgər Hamik Vardanyanın cəsədi tapılıb.

“Təəssüflə bildirməliyəm ki, dünən axşam Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin döyüş mövqeyində 2000-ci il təvəllüdlü sıravi əsgər Hamik Yeğiayi Vardanyanın cəsədi tapılıb. Detallar araşdırılır”, - deyə Hovhannisyan bildirib.

Erməni KİV-lərinin yaydığı məlumata əsasən, ölən hərbi qulluqçu Vardanyan İrəvan sakini olmaqla, ailənin tək övladı olub.

İyulun 20-də döyüş mövqeyinin müşahidə məntəqəsində alın nahiyyəsindən odlu silah yarası alaraq ölən hərbi qulluqçunun İrəvan şəhər Sari-Tağ məhəlləsinin sakini olduğu qeyd edilir. Bu barədə məlumat Erebuni hərbi komissarlığından bildirilib.

Komissarlığın verdiyi məlumata görə, Hamik Vardanyan cari ilin yanvar ayında hərbi xidmətə çağırılıb, 6 ayın hərbi qulluqçusu olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin