NATO Gürcüstanda çoxmillətli təlim keçirəcək

2019/07/DSC_9-1563619832.jpg
Oxunub: 14819     14:37     20 İyul 2019    
İyulun 27-də Gürcüstanda NATO üzvü və tərəfdaşı olan 14 ölkədən hərbçilərin iştirakı ilə “Çevik Ruh 2019” beynəlxalq hərbi təlimlərinə start veriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, builki təlimlərin məqsədi iştirakçı ölkələr arasında hərbi əməkdaşlığı gücləndirmək, çoxmillətli şəraitdə planlama və icra etmə zamanı əməliyyat imkanlarını artırmaq, müttəfiq ölkələrlə idarəetmə vasitələrini inkişaf etdirmək, Qara dəniz bölgəsində sabitlik və təhlükəsizliyin qorunmasına töhfə verməkdir.

Bildirilir ki, builki təlimlər Senaki 2-ci piyada Briqadası, Orfolo və Vaziani hərbi bazaları olmaqla üç müxtəlif ərazidə keçiriləcək. Hərbi təlimlərdə NATO üzvü və tərəfdaşı ölkələr - ABŞ, Birləşmiş Krallıq, Latviya, Litva, Polşa, Norveç, Belçika, Bolqarıstan, Yunanıstan, Monteneqro, Rumıniya, Türkiyə və Ukrayna və Gürcüstan 3000 həbri qulluqçu iştirak edəcək.

Beynəlxalq hərbi təlimin ssenarisində əsasən, komanda, kadr hazırlığı və sahə təhsili, birgə əməliyyatlarda döyüş və dəstək elementləri yer alıb.

Qeyd olunur ki, hərbi təlim avqustun 9-da başa çatacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Hərbi-təlim   Çevik-Ruh-2019  


Bizi "telegram"da izləyin