“Bu gün hər birimizin ürəyində qələbə arzusu var”

2019/07/adbb7-1563618666.jpg
Oxunub: 864     11:24     23 İyul 2019    
Bu gün Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar, iqtisadi gücü daim artan ölkəmizin fəal və məqsədyönlü siyasət kursuna malik olması cəmiyyətin bütün üzvlərinin, o cümlədən hərbçilərin də etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.

Bu yaxınlarda ölkə başçısının bütün güc strukturlarının, o cümlədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə imzaladığı Sərəncam da bunun bariz nümunəsidir.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ceyhun Məmmədov bu məsələyə münasibət bildirərək qeyd etdi ki, bu gün uğurla aparılan sosial siyasət kursu və görülən işlər bir daha təsdiq edir ki, dövlət başçısı hər zaman xalqının, eyni zamanda torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparan hərbi qulluqçularının yanındadır.

“Nəzərə alsaq ki, ölkəmiz müharibə şəraitində yaşayır, işğaldan əziyyət çəkir, Ali Baş Komandanımızın bu addımı ölçüyəgəlməzdir, öz hərbi qulluqçusuna ən yüksək diqqət və qayğıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlər ölkəmizin dayanıqlı inkişafına, əhalinin, cəmiyyətin əsas aparıcı qüvvəsi olan hərbi qulluqçuların da həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verir”.

“Bu gün şəxsi heyət yaxşı bilir ki, torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda duran ən mühüm vəzifədir”, - deyə əsgər Ceyhun Məmmədov sözünə davam etdi. - Bu baxımdan şəxsi heyətin təlim-tərbiyəsinə cavabdehlik daşıyan komandir və zabitlərimiz üzərlərinə düşən böyük məsuliyyəti hiss edirlər. Komandir heyəti əsgərləri milli mənəvi dəyərlərimiz ruhunda tərbiyə etməyə çalışır. Şəxsi heyətin elə bir üzvü yoxdur ki, hansı amal və məqsəd uğrunda xidmət etdiyini, mübarizə apardığını dərindən dərk etməsin. Hər bir zabit, gizir və əsgər çalışır ki, üzərinə düşən məsuliyyəti dərindən başa düşsün və öz vəzifə borcunu yerinə yetirsin. Biz bunu xalqımız və Ali Baş Komandanımız qarşısında həyata keçirəcəyimiz mənəvi borc hesab edirik. Ölkə başçısının diqqət və qayğısı qələbə ruhumuzu daha da artırır.

Ceyhun Məmmədov onu da qeyd etdi ki, Azərbaycan Ordusunda hər cür qəhrəmanlıq göstərməyə qadir olan oğullar var. "Bizim güclü dövlətimiz var, ölkəmizin iqtisadi qüdrəti artdıqca ordumuz da güclənir. Dövlət büdcəsindən ordunun ehtiyacları üçün ayrılan vəsaitin həcmi ildən-ilə artır ki, bu da Azərbaycan Ordusunun maddi-texniki təminatının daha da möhkəmlənməsi, kadr hazırlığının daha da yaxşılaşması deməkdir. Onun nəticəsidir ki, biz torpaqlarımızı düşmən tapdağından təmizləməyə, azad etməyə hazırıq. Bu gün bizim hər birimizin ürəyində qələbə arzusu, işğal olunmuş doğma Qarabağımızın azad edilməsi arzusu vardır. Bütün hərbi qulluqçular inanır ki, Ali Baş Komandanımızın rəhbərliyi altında xalqımızın qüdrətinə güvəndiyi, cəsarət və hünərinə bel bağladığı igid Vətən oğulları Vətəni bu bəladan xilas edəcək, bizi həsrətini çəkdiyimiz Qarabağımıza qovuşduracaq. (AO)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Ordusu   Ali-Baş-Komandan  

“Bu gün hər birimizin ürəyində qələbə arzusu var”

2019/07/adbb7-1563618666.jpg
Oxunub: 865     11:24     23 İyul 2019    