Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri yezidi hərbi qulluqçunun vəkili Hayarpi Sarkisyan deyib.
Onun sözlərinə görə, əgər yezidi hərbi qulluqçu yenidən hərbi xidmətə göndərilsə, məhz o zaman Ermənistan Müdafiə Nazirliyindəki boşluqlar özünü aşkar şəkildə göstərəcək.
“Ümid edirəm ki, hüquqlarını müdafiə etdiyi şəxs yenidən hərbi xidmətə göndərilməyəcək. Hərbi qulluqçunun səhhətində yaxşılığa doğru dəyişiklik qeydə alınmayıb”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az