İrəvanın "ağ soyqırım" siyasəti: Aysorlara məxsus kilsələr zəbt edilir

2019/07/34534-1563609271.jpg
Oxunub: 1443     13:53     20 İyul 2019    
“Belə olduğu halda bütün bunların məhv edilməsi təlimatının keşiş Mikayel Nuricanyana, Ermənistan hakimiyyətinin və erməni kilsəsinin dini mərkəzi Üçmüədzindən verildiyini düşünmək olar”.

Ordu.az xəbər verir ki, Ermənistanda milli azlıqların koordinasiyası şurasının üzvü, Aysorlar icmasının nümayəndəsi İrina Saqradova-Qasparyan “Facebook” səhifəsində ümumerməni katalikosu və Ermənistan baş naziri Nikol Paşinyana ünvanlanmış məktub yerləşdirib.

O, məktubunda aysorların məbədi ilə bağlı problemi qaldırmaqla narahatlıqlarını ifadə edib.

Ümumerməni katalikosu və Paşinyana ünvanlanan məktubda, aysor kilsəsinin və məbədinin erməni keşişi tərəfindən zəbt edilməsi məsələsində onlara kömək göstərilməsi xahiş edilir.

İyulun 18-də ünvanlanan məktuba heç bir cavab verilməyib. Lakin keşiş Mikayel Nuricanyan və Dimitrov kəndinin məktəb direktoru olan onun arvadı bu gün aysor kilsəsində aysorlara aid ikonalar və xaçları yandırıb. Digər xaçı isə kilsə künclərindən birinə atıb.

Keşiş kilsədə aysor xalqına aidiyyatı olan izləri məhv etməyə çalışır. Lakin tarixi sənədlərin də mövcud olduğuna görə bu mümkün deyil. Hazırda erməni xalqının mənsubu olan keşiş Nurcinyan və onun arvadının törətdiklərini göz önünə alaraq, Ermənistan hakimiyyətinin və erməni kilsəsinin dini mərkəzi hesab olunan Üçmüədzin iqamətgahının bununla bağlı susmasından narahatlığını ifadə edilir.

Belə olduğu halda bütün bunların məhv edilməsi təlimatının keşiş Mikayel Nuricanyana, Ermənistan hakimiyyətinin və erməni kilsəsinin dini mərkəzi Üçmüədzindən verildiyini düşünmək olar.

Daha sonra aysor icmasının nümayəndəsi öz məktubunda qeyd edir: “Sizdən cavab almadığımıza görə, eyni zamanda bunun indi adi hal aldığı üçün iyulun 22-dən etibarən Rusiya, ABŞ səfirliklərinə və bütün beynəlxalq Aysor təşkilatlarına müraciət ediləcək ki, Ermənistanda aysorlara məxsus kilsələrin zəbt edilməsi azmış kimi, həmçinin aysor xalqına aidiyyatı olan izlər də məhv edilir”.

Müraciətin yekununda əlavə olunur ki, Ermənistan hakimiyyəti aysor xalqına qarşı “ağ soyqırım” siyasətinin həyata keçirilməsinə imkan verir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

İrəvanın "ağ soyqırım" siyasəti: Aysorlara məxsus kilsələr zəbt edilir

2019/07/34534-1563609271.jpg
Oxunub: 1444     13:53     20 İyul 2019    